Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bu gün problemli kreditlərə görə təzminat alacaq şəxslərin siyahısı açıqlanacaq  

  23
11:00 15-04-2019
Şriftin ölçüsünü dəyiş  

Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) problemli kreditlər üzrə təzminat alacaq bütün vətəndaşların siyahısını rəsmi saytda (pk.fimsa.az) açıqlayacaq.

Bunu Paralel.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

İqtisadçı deputatın sözlərinə görə, təzminat alacaq vətəndaşların sayının 400-600 min arası olduğu təxmin edilir:

“Dəqiq say siyahı açıqlananda biləcəyik”.

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş borclarına güzəştlərin tətbiq edilməsi nəzərdə tutulub.


Yazarlar

Top.Mail.Ru
HotLog