Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Qurultay Ukrayna tarixində önəmli iz qoyacaq - Diaspor rəhbəri 

  21
17:00 14-04-2019
Şriftin ölçüsünü dəyiş  

Bu gün Ukraynada “Ukrayna Azərbaycanlıları Radası”nın qurultayı keçirilir.

 

Modern.az-ın Kiyevə ezam olunmuş əməkdaşı hazırda qurultayı yaxından izləyir. Qurultayda iştirak edən təşkilat rəhbərləri bu mühüm toplantının əhəmiyyətindən danışıblar.

 

Həmçinin bir neçə təşkilat rəhbərləri qurultayın əhəmiyyətindən söz açıblar.

 

Modern.az həmin fikirləri təqdim edir.

 

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri  Elmar Məmmədov  görülən işlərin bəhrəsini xüsusi qeyd edib.

“Bu gün böyük Azərbaycan diasporunun qurultayı keçirilir. Aparılan işlərin bəhrəsini görməkdədyik. Bu gün Azərbaycan diasporu birgə əməkdaşlıq edir. Dövləti, dövlətçiliyi cənab prezident İlham Əliyevin siyasətini dəstəkləyirik. Həmçinin Azərbaycanı layiqincə Ukraynada təmsil edirik. Qurultayda həmsədrlərin, idarə heyətinin seçilməsi diasporyönlü təşkilatların hamısının Koordinasiya Şurasına üv olmasının şahidi olacağıq.

Azərbaycan Ukrayna Beynəlxalq  Alyansı 2012-ci ildə yaradılıb. Baş ofis Kiyevdə olmaq şərtilə 8 regionda da regional şöbələrimiz  mövcuddur. Alyansın 700-ə yaxın üzvləri var.

Bu işlərdə Fuad Muradovun əziyyəti çox böyükdür. Fuad müəllimi “Bir Qalanın sirri” filmindəki Elşən obrazında görürəm. Fuad  müəllim də diasporun parçalanmış vaxtında hamını bir araya gətirir, birlik, mehribanlıq nümayiş etdirir”

 

 DneprPetrovsk üzrə birləşmiş konqresin sədri Nəcəf Əhmədov qurultayın önəmli iz qoyacağını istisna etməyib.

 

 “Qurultayda baş tutacaq birləşmə Ukrayna tarixində önəmli iz qoyacaq. Bu tarixi hadisədir. Böyük əhəmiyyəti olacaq. İnsanların bir yerdə birləşməsi çox önəmlidir. Çox gözəl təşəbbüsdür. Bu da gələcəkdə öz bəhrəsini verəcək.

 

Ukraynada diaspor təşkilatlarımız çoxdur. İstəyirik ki, təşkilatlarımız birgə fəaliyyət göstərsinlər. Birlik güc deməkdir. Birgə fəaliyyətimiz xalqımız üçün  daha faydalı olacaq. Buna sevinirəm. Təşkilatımız 3 ildir ki, fəaliyyət göstərir. 3 il ərzində bazar günü məktəbimi fəaliyyət göstərir. Düşünürəm ki. Bazar günü məktəbləri diaspor fəaliyyətində ən önəmli  yerlərdən biridir. Dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz başlıca amillərdəndir ki, gələcək nəsilə ötürək”.

 

Xarkov vilayəti Azərbaycan-Ukrayna dostluq cəmiyyətinin  sədri, texnika elmləri doktoru, Xarkov Milli Radioelektron universitetinin prorektoru  Murad Ömərov  bu birləşmənin çoxdan baş tutmalı olduğunu  bildirib.

 

“ Biz bunu gözləyirdik. Ukraynada Azərbaycan diaspor təşkilatları çoxdur. Ukrayna səviyyəsində vahid Azərbaycan təşkilatlarının olmasını çoxdan arzulayırdıq. Ona görə də bu qurultayı yüksək qiymətləndirirəm. Bu işlərdə Fuad Muradovun rolu danışmazdır. Təşkilatımız 1999-cu lə yaradılıb. Cəmiyyətin bu il 20 illiyi tamam olacaq. 2000-ci ildən həmin cəmiyyətin sədriyəm. Xarkovda azərbaycanlıların sayı 50 minə yaxındır. Cəmiyyətin tərkibində əvvəllər bazar günü məktəbi vardı. İndi isə Xarkov şəhəri 131 nömrəli məktəbin nəzdində mədəni elm mərkəzi var. Hər bazar günləri  50-60 azərbaycanlı uşaqlar Azərbaycan dili və ədəbiyyatı Azərbaycan rəqsləri, tarixindən dərs alırlar. “Azərbaycan incisi” adlı  rəqs qrupumuz var. Hansı ki, Xarkovda keçirilən müxtəlif statuslu tədbirlərdə iştirak edirlər. Cəmiyyət olaraq Azərbaycanın bütün bayramlarını qeyd edirik. Təbii ki ora ukraynalılar dəvət edirik”

 

Dnepr Petrovsk azərbaycanlılar liqasının sədri Sərxoş İsmayılov qurultayı tarixi hadisə adlandırıb.

 

“Qurultayın Ukrayna ərzisində keçirilməsi tarixi hadisədir. Bunu çoxdan gözləyirdik. Komitənin yeni sədri diaspor hərəkatına maraqla, sevgiylə yanaşır. Buna ancaq sevinmək olar. Ümid edirik ki, daha da möhkəmlənəcəyik.

 

Bizim təşkilat 2001-ci ildə qeydiyyatdan keçib və hazırda da fəaliyyət göstərir. Təşkilatın nəzdində azərbaycanlı uşaqla üçün bazar günü məktəbi var. Məktəbdə kitabxana, şəxsi ofis qəzeti var. Qəzet hər ay çıxır. Ayrıca futbol komandası da var”.

 

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini, Ukrayna kikboksinq federasiyasının vitse- prezidenti Elşad İbrahimov  qurultayı yüksək qiymətləndirib.

 

“Qurultayın keçirilməsi sevindirici haldır. Fuad Muradovun diaspor sahəsindəki addımlarını ancaq alqışlamaq olar. Bu birləşmə onun sayəsində oldu. Əvvəllər burada hərc-mərclik baş verirdi. Yeni sədr birlik toxumu səpdi. 10 ilə yaxındır ki, Ukraynada yaşayıram. Ukrayna vətəndaşıyam. Diasporumuzun sədri Hikmət Cavadovdur. Fəaliyyətimizi saytımızda da izləyə bilərsiz.  Azərbaycanın ən incə məqamlarını Ukrayna ictimaiyyətinə  həmişə qabardırıq. Bunlar da kifayət deyil. Çünki üzdəniraq qonşularımız da buradadır”

 

Dneprdə Azərbaycan məktəbinin müəllimi Könül xanım da  qurultayın  önəmini xüsusi vurğulayıb.

 

“ Hazırda Azərbaycan təşkilatlarının birləşməsi baş verir. Ona görə də önəmi çox böyükdür. Mənə elə gəlir ki, hər kəs öz şəhərinə qayıdandan sonra gənclərə başa salacaq ki, çox güclü gəncliyimiz var. Bu qurultaya ümidlə baxırıq. Ukraynada diaspor sahəsində yaradılan 4 konqresdən biriyəm. Biz 113 nömrəli məktəbin nəzdində Azərbaycan sinfi açdıq. 45 nəfərə yaxın şagird yığılmışdı. Həmin məktəbin nəzdində 8 il fəaliyyət göstərdik. Azərbaycan dili dövlət səviyyəsində Ukrayna dili kimi  hesaba alındı. 1999-cu ildə fəaliyyətə başladıq. 8 il fəsliyyət göstərdikdən sonra bu məktəbin azlıq etdiyi görüb konqresin tərkibində başqa məktəb açdıq”.

 

Ukrayna xalq rəssamı, heykəltəraş Katib Məmmədov  bildirib ki, güc birlikdədir.

 

“Xalqa birlik lazımdır. İndi cəmiyyətlər çoxdur. Ancaq birgə olsalar, Azərbaycana xidmət etsələr daha yaxşı olar. Güc birlikdədir. Birləşib bir yerdə fəaliyyət göstərmək lazımdır. Bir ağsaqqala ehtiyac mütləq var. Bu qurultayın keçirilməsini yüksək qiymətləndirirəm. Gənclərin çox  olması Azərbaycanı birləşdirməyə hesablanıb. Mənə gəlincə, uşaqlıqdan rəssam olmaq arzum olub. 6 yaşımdan başlamışam. Xanlar rayonunda doğulmuşam. Həmişə Gəncədə Nizami yurdunda böyümüşəm. Diasporun tədbirlərində iştirak etməyə çalışıram. Hər kim Azərbaycanı sevirsə, mədəniyyətini mətbəxini dilini hər zaman başqa yerlərdə də yaşatmalıdır. Uşaqlarımızı da o formada böyütməliyik”

 

Yüksək Azərbaycan Konqresinin sədri Emil Mirzəyev

 

“Çox şadam ki, Radanın qurultayında iştirak edirəm. Buna sevinirik ki, Ukrayna diasporu bu yolu seçdi. Çox istərdik ki, digər ölkələrdə də belə qurultaylar baş tutsun. Fuad Muradov sədr təyin olunandan birlik yaradıb. İnsanları bir yerə toplaya bilir. Radanın yaradılması böyük Azərbaycan diasporunun nümunəsidir. Uğurlar arzulayırıq.

 

Bizim təşkilat 2010-cu ildə yaradılıb. 2453 nəfər üzvümüz var. Əsas məsələ odur ki, lobbiçiliyi inkişaf etdirə bilək. Çalışırıq ki, Azərbaycanla bağlı olan tədbirlərdə çıxış edək”

 

Albaniyanın Ukraynadakı fəxri konsulu

 

“Çox gözəl gündə Kiyevə toplaşmışıq. Tarixi gündür. Diaspor komitəsinin sədri Kiyevdə səfərdədir. Belə addımlar dünyanın hər bir yerində yaşayan azərbaycanlılara stimuldur. Ona görə də bu qurultayı yüksək qiymətləndirirəm. 2013-cü ildən Albaniyanın Ukraynadakı fəxri konsuluyam. Albaniyanın Ukraynada heç bir diplomatik adamı yoxdur. 5 ildir fəxri konsulam. Xarkovdakı cəmiyyətin fəxri üzvüyəm. İctimai işlərdə çalışıram ki, aktiv olum”.

 

Lvov Azərbaycan diasporunun sədr müavini Kamaləddin Ağayev də qurultayın faydalı tərəflərindən söz açıb.

 

“Birləşmək həmişə önəmli olub. Ukraynada diaspor təşkilatlarımız çoxdur. Həmişə istəmişik ki, birgə fəaliyyət göstərsinlər. Birlik güc deməkdir. Düşünürəm ki. Birgə fəaliyyətimiz hamımız üçün faydalı olacaq. Buna sevinirəm. Təşkilatımıza gəldikdə,  3 ildir ki, fəaliyyət göstəririk. Bazra günü məktəblərimiz var. Düşünürəm ki, bazar günü məktəbləri diaspor fəaliyyətinin önmli hissələrindən biridir”.


Yazarlar

Top.Mail.Ru
HotLog