Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Qar uçqununda həlak olan hərbçimiz dəfn olundu - FOTO

  220
13:30 14-04-2019
Şriftin ölçüsünü dəyiş  

Müdafiə Nazirliyinin qar uçqununa düşərək həlak olan hərbi qulluqçularından birinin nəşi doğulduğu Qazax rayonuna aparılıb.

 

Paralel.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Hafiz Abdullayev doğulduğu Qazax rayonu Yuxarı Salahlı kəndində kənd qəbiristanlığında dəfn olunur.

 

Xatırladaq  ki, ötən ay Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində onlardan birinin - H.Abdullayevin nəşi tapılıb.

 

Hafiz Abdullayev ailəli idi, 3 övladı var.

 

Qeyd edək ki, qar uçqununa düşən digər hərbçimizin axtarışları davam edir.


Yazarlar

Top.Mail.Ru
HotLog