Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Rusiyalı jurnalistlər deportasiya olundu

  24
22:40 13-04-2019
Şriftin ölçüsünü dəyiş  

“Rossiya-1” telekanalının əməkdaşlarına Estoniya ərazisinə giriş qadağan olunub. Paralel.az xəbər verir ki, buna səbəb jurnalistlərin “İeqova şahidləri” (Rusiyada qadağan olunub) təşkilatı barədə hazırladıqları süjet olub. Bu barədə Estoniyanın ictimai telekanalı ölkənin təhlükəsizlik orqanlarına istinadla məlumat yayıb.

 

Polisin məlumatına əsasən, iki jurnalist Estoniya və Finlandiyaya gələrək burada qadağan olunmuş təşkilatın fəaliyyətini araşdırıblar. Qeyd edək ki, “İeqova şahidləri”nin böyük bir hissəsi Rusiyada qadağan olunandan sonra Avropa ölkələrinə köçüblər. Jurnalistlər gizli kameralarla onların Tallindəki cəmiyyətlərində çəkiliş ediblər. Eston qanunvericiliyinə görə isə bu, insan haqlarının pozulması deməkdir.

 

Hər iki jurnalist, ümumilikdə, beş il müddətinə Şengen ərazisinə girişdən məhrum olublar.

 

Qeyd edək ki, 2017-ci ildə rəsmi surətdə qadağan olunan “İeqova şahidləri”nin Rusiyada 175 min üzvü var.


Yazarlar

Top.Mail.Ru
HotLog