Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan güləşçisi erməniyə qalib gəldi

  13
20:55 13-04-2019
Şriftin ölçüsünü dəyiş  

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir. Modern.az “Trend”ə istinadən xəbər verir ki, güləşçimiz Taleh Məmmədov (63 kq) bürünc medal uğrunda görüşdə ermənistanlı idmançını məğlub edib.

 

Güləşçimiz bundan öncə təsnifat mərhələsində Moldova təmsilçisindən güclü olub. Daha sonra yerli idmançıyla görüş gərgin mübarizə şəraitində keçib və yenə sevinən tərəf təmsilçimiz olub, lakin yarımfinalda Məmmədov Norveç idmançısına yenilib.

 

Digər güləşçimiz Eldəniz Əzizli (55 kq) də, bürünc medal qazanıb. E.Əzizli medal uğrunda mübarizədə türkiyəli idmançıdan güclü olub.

 

Dünya və Avropa çempionu Eldəniz Əzizli ilk görüşündə serb güləşçini cəmi 1 dəqiqə 54 saniyəyə məğlub edib. Eldəniz 1/4 finalda əsas rəqiblərindən sayılan gürcü idmançıya da heç bir şans verməyib və vaxtından əvvəl qələbə qazanaraq yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Əzizli Rusiya güləşçisinə uduzub.


Yazarlar

Top.Mail.Ru
HotLog