Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Diaspor Komitəsi bizə çox yardım edir”

  15
17:40 13-04-2019
Şriftin ölçüsünü dəyiş  

“Biz Ukraynada dövlətimizin, vətənimizin birliyi naminə birləşmişik. Hər kəsə köməkliyimizi göstəririk”.

 

Bu sözləri Paralel.az-a Ümumukrayna Azərbaycanlıları Təşkilatının yeni seçilən sədri Daməd Əsgərov söyləyib. O qeyd edib ki, təşkilatda təmsil olunan azərbaycanlılar Ukraynadakı həmvətənlərimizlə birlik nümayiş etdirir:

 

“Mən burada doğulub boya-başa çatmışam. Taras Şevçenko adına Kiyev Dövlət Universitetindən məzun olmuşam. Hüquq fakültəsini bitirmişəm. Dövlət qulluğu fakültəsini də bitirdikdən sonra təhsilimi Amerikada dava etdirmişəm. Bir neçə ay öncə Kiyevə geri dönmüşəm. Amerikada – Bostonda da hüquq üzrə təhsil almışam. Karyermı dövlətimiz, millətimiz naminə fəaliyyət üzərində qurmağı düşünürəm.

 

Ukraynadakı Azərbaycan diasporu dünyanın ən böyk diasporlarındandır. Burada çoxlu soydaşımız yaşayır. Burada 500 min nəfərə yaxın azərbaycanlı soydaşımız var. Onların xeyli hissəsi diaspor fəaliyyətində aktivdirlər. Xeyli iş görüblər. Biz hər zaman millətimizin, dövlətimizin yanındayıq. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun yürütdüyü siyasət burda da xoş effekt yaradıb. Bir sıra uğurlu addımlar atılıb. Hazırkı Diaspor Komitəsi bizə çox yardım edir. Mən özüm keçən il Şəkidə təşkil olunan yay düşərgəsinə qatılmışdım. Bu düşərgə hər il təşkil olunacaq. Oradan xoş təəssüratlarla qayıtmışdım. Bizim təşkilatda Ukraynanın hər bölgəsindən nümayəndə var. Təşkilatımızda təxminən 1000 nəfərə yaxın insan var. Biz təşkilatının fəaliyyətini təkcə Ukraynada deyil, bütün Avropada, Rusiyada şaxələndirmək, genişləndirmək istəyirik”.

 

D. Əsgərov qeyd edib ki, təmsil etdiyi qurum hər il Xocalı faciəsinin ildönümündə təkcə ukraynalılara deyil, burada yaşayan digər millətlərə də soyqırımı dəhşətlərini göstərir:

 

“Onlar bilirlər ki, bizim tariximizdə bu cür faciələr olub. Biz Ukrayna cəmiyyətinin bir parçasıyıq. Onlar bizi özlərindən ayırmırlar. Eyni tarixi yol keçmişik. Onlar hər zaman bizim yanımızdadırlar”.


Yazarlar

Top.Mail.Ru
HotLog