Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Kiyevdəki Azərbaycan dili müəllimi: “Digər millətlərin nümayəndələrinin də bura marağı artacaq”

  13
17:25 13-04-2019
Şriftin ölçüsünü dəyiş  

Xəbər verdiyimiz kimi, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Kiyevə səfəri çərçivəsində Ukrayna Regionlararası İşçiləri İdarəetmə Akademiyasında Kiyev Azərbaycanlıları Konqresinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili məktəbində olub.

 

Məktəbin Azərbaycan dili müəllimi Atayev Elxan fəaliyyəti haqqında Paralel.az-a danışıb. O bildirib ki, Ukraynada yaşayan Azərbaycanlıların Birləşmiş Diasporunun təşəbbüsü ilə Kiyev şəhərində xüsusi məktəb açılıb:

 

"Məqsəd Ukraynada yaşayan azərbaycanlıları və digər millətləri bura cəlb etməkdir. Hər bazar günləri həvətənlərimiz məktəbin dərslərinə qatılır, Azərbaycan dilini, mədəniyyətini öyrənirlər. Bu məktəb 2018-ci ilin noyabr ayında açılıb”.

 

O qeyd edib ki, hazırda qrupda 20-ə yaxın şagird var.

 

“Amma davamlı olaraq uşaqların sayı artır. Digər millətlərin nümayəndələri hələlik yoxdur, ukraynalı və azərbaycanlı şagirdlərimiz var. Amma hələlik məktəbimiz yeni olduğundan digər millətlərin nümayəndələrinin də bura marağının artacağını düşünürəm. Gələcəkdə uşaqların sayı artdıqca, bu məktəbləri genişləndirməklə bağlı planlarımız olacaq".


Yazarlar

Top.Mail.Ru
HotLog