Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

20 könüllüyə DOST haqda məlumat verildi

  16
14:40 13-04-2019
Şriftin ölçüsünü dəyiş  

DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi  və “DOST” Mərkəzlərində ASAN Könüllülük Məktəbinin “Master 2” pilləsi çərçivəsində könüllülük fəaliyətinin təşkili prossesi davam edir.

 

Təcrübə keçmək üçün seçilmiş 20 könüllüyə mütəxəssislər tərəfindən DOST Agentliyinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. Onlar həmçinin könüllülük fəaliyyəti, “DOST” Mərkəzlərində göstərilən xidmətlər, eləcə də istifadə olunacaq  təhlil və monitorinq alətləri ilə yaxından tanış olublar.

 

Təlimdən sonra DOST Könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbul Mərkəzində fəaliyyətə başlayıblar. Üçnövbəli iş rejimində fəaliyyət göstərəcəkləri 2 ay boyunca könüllülər üçün həvəsləndirici tədbir və təlimlərin keçirilməsi də nəzərdə tutulur.

 

Qeyd edək ki, könüllülük fəaliyyətinin təşkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ASAN Xidmət arasında imzalanmış qarşılıqlı əməkdaşlığa dair Memoranduma əsasən həyata keçirilir.


Yazarlar

Top.Mail.Ru
HotLog