Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Əmək müqaviləsi ilə işləyənlərin sayı ARTIB

  18
12:05 13-04-2019
Şriftin ölçüsünü dəyiş  

Aprelin 12-də Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının Katibliyinin 4-cü iclası keçirilib.

 

Paralel.az-ın məlumatına görə, Katibliyin rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elnur Süleymanov “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nda nəzərdə tutulmuş tapşırıqların icra vəziyyəti, 2019-cu ilin 1-ci rübü üzrə qeyri-formal məşğulluq sahəsində görülmüş işlər və əldə edilmiş nailiyyətlər barədə məlumat verib.

 

O, ölkədə aparılan uğurlu islahatlar nəticəsində 2019-cu ilin ilk 3 ayı ərzində Əmək Müqaviləsi Bildirişi Elektron İnformasiya Sistemində əmək müqaviləsi ilə işləyənlərin sayının 65 min 821 nəfər artdığını,ümumilikdə 1 milyon 467 min 782 müqavilə təşkil etdiyini bildirib.

 

Həmçinin2019-cu ilin 1 aprel tarixinə Vergilər Nazirliyində qeydiyyatda olan aktiv fiziki şəxs fərdi sahibkarların sayı 1-ci rüb ərzində10 min 568 nəfər artaraq  371 min 569 nəfər təşkil edib.

 

İclasda ölkədaxili miqrasiya üzrə statistik göstəricilərin hazırlanması, əmək resurslarının ölkədaxili miqrasiyasının monitorinqinin aparılması imkanlarının araşdırılması və təşkili ilə bağlı aidiyyəti qurumlarla birgə razılaşdırılmış təkliflərin hazırlanması müzakirə olunub.


Yazarlar

Top.Mail.Ru
HotLog