Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Xaricdə pulsuz magistratura oxumaq istəyənlər – Qəbul balları, akademik göstəricilər...  

  21
11:45 13-04-2019
Şriftin ölçüsünü dəyiş  

“Xaricdə təhsil almaq istəyənlərin hansı şərtlər əsasında maliyyələşməsi üzrə işlər aparılır”.

 

Bu barədə Modern.az -ın sorğusuna cavab olaraq Azərbaycan Gənclər Fondundan  bildirilib. Onun sözlərinə görə, yaxın günlərdə xaricdə təhsillə bağlı müsabiqə elan olunacaq:

 

“2019-2020-ci tədris ilində gənclərin xaricdə magistr dərəcəsi üzrə təhsilini Gənclər Fondu maliyyələşdirəcək. Yəni burada  gənclərin yalnız  magistr dərəcəsi üzrə maliyyələşməsi nəzərdə tutulub. Xaricdə təhsil almaq istəyənlər  müsabiqə əsasında seçiləcək. Müsabiqədə isə yəqin ki, gənclərin bakalavr dərəcəsinə qəbul olduğu balları nəzərə alınacaq.  Çox güman ki, müsabiqə zamanı gənclərin akademik göstəricilərinə də  diqqət ediləcək”.

 

Bildirilib ki, hazırda gənclərin hansı ölkələrdə və ixtisaslar üzrə təhsil alacaqlarına dair heç bir məlumat yoxdur:

“Gənclərin hansı şərtlər əsasında xarici ölkədə maliyyələşdirilməsinin  üzərində işlər aparılır. Çünki, maliyyələşmə prosesləri tam olaraq yekunlaşmayıb. 

Proseslər tam yekunlaşdığı zaman Gənclər Fondunun saytına elan yerləşdiriləcək. Çünki gənclərin hansı ölkədə təhsil alacaqlarını  müsabiqə olmadan  təqdim edə bilmərik”.

 

Xatırladaq ki, Milli Məclisin Gənclər və idman komitəsinin aprelin 11-də keçirilən iclasında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edib.

O bildirib ki, xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı aprel ayının sonunda elan veriləcək.

Söyləyib ki, 2019-2020-ci tədris ilində gənclərin xaricdə magistr pilləsi üzrə təhsili Gənclər Fondu maliyyələşdirəcək.

“İlk il olduğu üçün bir qədər az tələbənin maliyyələşdirilməsini nəzərdə tutmuşuq. Yəqin ki, universitet və ixtisasların da siyahısı geniş olmayacaq”.

 F.Cəfərov gənclərin suallarını cavablandırarkən valideynlərin adi bir məsələyə görə övladlarına təzyiq etdiklərini qeyd edib:

 

“Bura universitetə daxil olmamaq da aiddir. Hətta bu, intihar səviyyəsinə qədər gətirib çıxarır. Gənclərin İnkişaf və Karyera Mərkəzinin yaradılmasının əsas təkanverici amillərindən biri o olub ki, gənclərə universitetə daha yaxşı hazırlaşmaq üçün dəstək verilsin”.

 

Günel Yaşarqızı

 

 


Yazarlar

Top.Mail.Ru
HotLog