Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Deputatımız NAT0-nun seminarında məsələ qaldırdı

  16
10:55 13-04-2019
Şriftin ölçüsünü dəyiş  

Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Kamran Bayramov aprelin 12-14-də qurumun Türkiyənin Antalya şəhərində keçirilən 99-cu Rouz-Rot seminarında iştirak edir.

 

Paralel.az-ın məlumatına görə, tədbirin açılış mərasimində NATO Parlament Assambleyasının sədri Madelayn Mun, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu çıxış edib, sonra panellərdə Suriyadakı vəziyyət, Mərkəzi Asiyada çağırışlar, miqrasiyanın və qaçqın axınının humanitar və təhlükəsizlik aspektləri və digər mövzular üzrə çıxışlar edilib, müzakirələr aparılıb.

 

Deputat  Kamran Bayramov miqrasiyanın və qaçqın axınının humanitar və təhlükəsizlik aspektləri mövzusunda keçirilən panel müzakirələrində çıxış edərək qeyd edilən aspektlərlə yanaşı miqrasiyaya və qaçqın axınına səbəb olan münaqişələrin həllinin vacibliyindən danışıb.

 

Bununla yanaşı, deputatımız tədbir iştirakçılarına Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma torpaqlarından didərgin düşməsi ilə nəticələnmiş Dağlıq Qarabağ münaqişəsini misal gətirərək, beynəlxalq təşkilatların bu cür münaqişələrin həlli ilə bağlı səylərinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

 

Münaqişələrlə bağlı qəbul etdikləri qərar və qətnamələrin icra mexanizminin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə, həmçinin Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Qaya Məmmədov iştirak edir.

 

Seminarın birinci gününün sonunda tədbirdə təmsil olunan ölkələrin parlamentlərinin üzvləri Türkiyədə məskunlaşmış suriyalı qaçqın uşaqları ilə futbol üzrə yoldaşlıq görüşü keçiriblər.

 


Yazarlar

Top.Mail.Ru
HotLog