Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Amerika Gözəl Bayramlını, Fuad Qəhrəmanlını, Əli İnsanovu... hardan tanıyırdı?!

  41
18:26 17-03-2019
Şriftin ölçüsünü dəyiş  

Elman Babayev

Dövlət rəhbəri vicdanından sədəqə ayırıb onları öz lütfkarlığının himayəsinə aldı

 

Gözləmək olardı ki, həm müxalif isimli məhbuslar, həm vaxtilə hakimiyyət komandasında yer tutmuş  Əli İnsanov əfv olunmaları ilə bağlı bir az etik çərçivədə  bir kəlmə söz deyəcək, minnətdarlıq qalsın bir tərəfə,  heç olmasa, obyektiv olub, sadəcə bayram ərəfəsində adlarının bağışlanma siyahısına salınması ilə bu mövzuya nöqtə qoyacaqlar. Ya adına siyasi islahat deyəcəklər, amma hər şeyi öz adıyla çağıracaqlar. 


Əslində böyüklük onlar tərəfdən də olmalı idi-kinini, qəzəbini, iddianı, siyasi mövqe fərqliliyini müvəqqəti də olsa bir kənara qoyub, əfvdəki rolun sahibinə sıradan bir sağ ol-deyəsən! Axı günahın, səhvin, xətan olub ki, gedib həbsə girmisən! Kimsəni günahsız yerə tutub cəza kəsərdilərsə, onda elə kifayət qədər adamı aparıb türmələrə yığardılar. Hansısa mərhələdə qapın açılırsa, bunun adı əfvdir və səni öz prezidentindən başqa kimsə bağışlaya bilməz. Amma görün, “sağ ol”u kim aldı: Qərb, Amerika.

Amerika Gözəl Bayramlını, Fuad Qəhrəmanlını, Əli İnsanovu...hardan tanıyırdı, ona çoxmu lazım idi bu adamlar?!

Elə idisə Əli İnsanov gərək 14 il  həbsxana divarları arasında qalmazdı. Əli Kərimliyə bağlı adamlar heç bir il dustaq həyatı yaşamazdı. Demək, ünvanına tərif alan bu Qərb ya zəif olub, ya da Azərbaycandakı məhbusları buraxılmalı məhbuslar sırasında görməyib.

 

Qərbin, Avropa və Amerikanın sözü, tələbi öz ölkəsinə aiddir və illərdir, Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli şəkildə daxili, xarici ictimai rəyə anladır ki, heç kimsə onun dövlətinə hansısa bir məsələni diqtə edə bilməz. Xüsusilə, ölkəsinin siyasi sabitliyi ilə bağlı məsələlərdə qanunları pozanları, xaricə satılanları, dövlət çevrilişi kimi ağır cinayətlərdə şəriklik edənləri öz iradəsindən kənar heç kimə, heç nəyə güzəştə getməyəcək.

 

Elə bir məsələ tapmaq çətindir ki, Qərbin təzyiqindən sonra hakimiyyət geri çəkilmiş olsun. Hakimiyyət gözəl bilir ki, Avropa, Amerika saf deyil, dürüst deyil, sadəcə hər yerdə, hər məsələdə öz maraqları, apardığı müzakirələrin, davaların görünməyən hissəsində həmişə şəxsi mənafeləri dayanır. Bu baxımdan adekvat yanaşaraq, hakimiyyət Azərbaycanın maraqlarını da ayaqlar altına atacaq qədər qorxaq davranmır. AXCP rəhbərliyi, onların azadlığa çıxan üzvləri , Əli İnsanov bunları görməyə, etiraf etməyə bilər, lakin həqiqət budur.

 

Kin və nifrətdən humanizm doğulmaz, Əli İnsanov göstərdi ki, o, kinlidir.  

Humanizmsə qayğı və  mərhəmət doğar. İlham Əliyev ortaya mərhəmət qoydu. Dövlətin rəhbəri Əli İnsanovun 2005-ci il dövlət çevrilişinə cəhddəki marağını, rolunu, ola bilsin ki, unutmadı; amma vicdanından sədəqə ayırıb Əli İnsanovu öz lütfkarlığının himayəsinə aldı. Prezident bağışlanma prosedurundan hər zaman qaçan, peşimanlıq ifadəsi ilə əfv ərizəsinə sarı gəlməyən yaşlı akademikin içindəki qürura, məğrurluğa öz böyüklüyü, rəhmliliyi ilə qalib gəldi. Əfv etməklə uzun illərin məsələsindən güclü çıxdı. Amma təşəkkürü Qərb aldı!   

 

Qərbə təşəkkürün özündə, hardasa  bir mesaj gizlənir. Bu adamlar Avropa, Amerika təşkilatları ilə işləməyə hazır olduqlarını dolayısı elan edirlər. Bu mənada təşəkkürdə iki məna var: prezidentə minnətdarlıqdan qaçmaqla, guya öz mənliklərini qoruyur, qürurlarını, müxalif imiclərini saxlayırlar, ikinci tərəfdən özlərini Qərbin diqqətinə gətirirlər. Ki, Azərbaycan cəmiyyəti, iqtidarı ilə bir barışın, dostluğun içərisində yaşamayıb, Qərbin pulu ilə Qərb üçün çalışsınlar!

Belələrinin əfvə nə qədər layiq olduğunu, həbsxana illərində necə islah olunmalarını yenə də zaman göstərəcək!      

Yazarlar

Top.Mail.Ru
HotLog