Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“İlham Əliyev humanist və müdrik dövlət başçısı olduğunu bir daha ortaya qoydu” - İqbal Məmmədov

  18
15:25 17-03-2019
Şriftin ölçüsünü dəyiş  
Millət vəkili İqbal Məmmədov Prezident İlham Əliyev tərəfindən növbəti dəfə imzalanan əfv sərəncamını çox yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu sərəncam alqışlanmalı bir hadisədir.
 

İ.Məmmədov Modern.az-a bildirib ki, ölkə prezidentinin imzaladığı əfv sərəncamı ilə daha 431 məhkumun öz azadlığına qovuşdu:

 

"Əfv sərəncamının təsiri altına düşmüş 431 nəfər tək deyil, onların ailə üzvləri, yaxınları, qohum-əqrəbaları da var. Bu mənada dünən imzalanan əfv sərəncamını minlərlə azərbaycanlının sevincinə sevinc qatdı. Bu addım Azərbaycan dövlətinin necə humanist bir dövlət, onun rəhbəri cənab İlham Əliyevin necə müdrik bir insan olduğunu bir daha ortaya qoydu. Özü də qeyd edim ki, bu humanist əfv siyasəti illərdir həyata keçirilir. Artıq bu bir ənənə halını alıb.

 

25 ilə yaxındır ki,  Əfv Məsələləri Komissiyası fəaliyyət göstərir. Əvvəllər mərhum prezident Heydər Əliyevin dövründə, 2003-cü ildən bu yana isə ölkə Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə çox böyük addımlar atılıb, hər dəfə yüzlərlə insan bağışlanılıb, əfv edilib, azadlığına, ailəsinə qovuşub.

 

1995-ci ildən indiyədək 65 əfv sərəncamı imzalanıb və bu sərəncamlar nəticəsində 8000-dən artıq insan əfv olunaraq azadlığa çıxıb.  Bunlar bir daha onu göstərir ki, Azərbaycan dövlətinin yeritdiyi siyasətin baş xəttini humanizm siyasəti və sosialyönümlülük təşkil edir. Odur ki, mən bir Azərbaycan vətəndaşı, bir millət vəkili olaraq öz adımdan, həm də məhkumluq həyatı yaşayıb, sonradan əvf olunan insanların, elə bu gün azadlığına qovuşan məhkumların adından ölkə prezidentinə bu nəcib, humanist addımına görə öz dərin minnətdarlığımı və təşəkkürlərimi çatdırıram”.


Yazarlar

Top.Mail.Ru
HotLog