Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Gözəl Bayramlı: “Əfv olunacağımı gözləmirdim”

  24
18:27 17-03-2019
Şriftin ölçüsünü dəyiş  

Prezident İlham Əliyevin dünən imzaladığı əfv sərəncamı ilə 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan AXCP sədrinin müavini Gözəl Bayramlı mediaya açıqlama verib.

Modern.az saytının məlumatına görə, G.Bayramlı onun azadlığa buraxılması üçün dəstək göstərən bütün şəxslərə təşəkkür edib. O, əfv olunacağını gözləmirmiş:

“Mən müraciət etməmişdim, ona görə də əfv olunacağımı gözləmirdim. Bu səbəbdən də mənə verilən 3 illik cəzanı çəkməyə hazır idim”.

G.Bayramlı bildirib ki, həbsdə olduğu müddətdə səhhətində bəzi problemlər yaranıb, amma özünü yaxşı hiss edir.

AXCP sədrinin müavini Azərbaycanda siyasi məhbus probleminin kökündən həll olunmasının vacibliyini bildirib. Onun sözlərinə görə, dövlət başçısı belə bir addım atıbsa, bunun ardı gəlməlidir.

“Qadının yeri cəzaçəkmə müəssisəi deyil” deyən G.Bayramlı Xətai rayonundakı 4 saylı cəzaçəkmə müəssisəsindən 25 nəfər qadının azadlığa buraxılmasına çox sevindiyini deyib.

G.Bayramlı 2018-ci ilin yanvarında Qazax rayon məhkəməsi tərəfindən qaçaqmalçılıqda təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

 

A.Qorxmaz

Yazarlar

Top.Mail.Ru
HotLog