Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

İlin sonunadək 3700 məcburi köckün ailəsi yeni evlərə köcürüləcək

  13
21:40 16-03-2019
Şriftin ölçüsünü dəyiş  

Məcburi köckünlərin yeni mənzillərə köcurulməsi davam edəcək.

Modern.az xəbər verir ki, bu barədə Qacqınların və Məcburi Köckünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məlumat verib.

 

Komitə sədri "Report"a müsahibəsində bildirib ki, ilin sonuna qədər Bakı ilə yanaşı bölgələrdə məskunlaşan məcburi köckünlərin də yeni mənzilərə köcürülməsi davam edəcək. İlin sonuna qədər 3700 məcburi köckün ailəsinin dövlət komitəsi tərəfindən yeni tikilən şəhərciklərə köcürülməsi nəzərdə tutulub.

 

İlk növbədə qəzalı binalarda, zirzəmilərdə çətin şəraitdə yaşayan ailələr köçürüləcək.

 

Komitə sədri həmcinin qeyd edib ki, Heydər Əliyev Fondu tərəfindən yeni şəhərciklərin tikilməsi nəzərdə tutulub. Bu mənzillər 2000 məcburi köçkün ailəsini əhatə edəcək.

 

R.Rzayev həmçinin Bayıl qəsəbəsində təhlükəli ərazidə yaşayan məcburi köçkünlərin də köçürülməsi üçün işlərin başlandığını bildirib. O, bu istiqamətdə yerli rayon icra hakimiyyətində işlərin aparıldığını və 27 ailənin köçürüləcəyini qeyd edib.


Yazarlar

Top.Mail.Ru
HotLog