Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakının bərbad sərnişin nəqliyyatı

  13
20:45 16-03-2019
Şriftin ölçüsünü dəyiş  

Mahir Qabiloğlu


Yox. Elə bilməyin ki, tənqid hədəfim Bakı Nəqliyyat Agentliyidir, yaxud da ki, Metropoliten.  Əsla. Felyeton yazmağı xoşlamıram. Sadəcə fikirlərimi deyəcəyəm. Özünüz, eləcə də BNA nəticə çıxarsın ki, başlığı belə qoymaqda haqlıyam, ya yox?

 

SOVET DÖVRÜ VƏ MÜASİR BAKI

 

Əhalisi eynidirmi? Yox. Ərazisi eynidirmi? Yox. Yerlə-göy qədər fərq var. Bəs sərnişin nəqliyyatı necə eynidirmi? Yox. Amma dilim quruyaydı “yox” deyən yerdə. Təki eyni olaydı. Həmyaşıdlarımın və özümdən böyüklərin yadına salacağam, cavanları isə olanlardan xali edəcəyəm.

Sovet vaxtı Bakıda sərnişin nəqliyyatı hansılar idi?

  1. Tramvay – gediş haqqı 3 qəpik. Ekoloji cəhətdən sərfəli.
  2. Troleybus – gediş haqqı 4 qəpik. Ekoloji cəhətdən sərfəli.
  3. Avtobus – 5 qəpik. O da iki cür idi. Adi və qarmoşkalı İkaruslar.
  4. Metro – 5 qəpik.
  5. Marşrut taksi – 15 qəpik. RAF-lar. Tələsənlər üçün.
  6. Elektriçka – Bakı kəndlərinə. Dəmir yolu vağzalından.

Gördüyünüz kimi, əhalisi və ərazisi indikindən iki dəfə az olan Bakıda  altı nəqliyyat növü fəaliyyət göstərirdi. Bəs indi?

 

Gün gələcək bizi də yığacaqlar bir yerə,

Deyəcəklər: yaraşmır tramvay bu şəhərə.

– Sürücülər, sizinlə qurtardıq, – deyəcəklər.

– Relslərin hamısını çıxardıq, – deyəcəklər.

Onda biz də taparıq ayrı peşə, ayrı iş,

Yol geniş, həyat geniş.

 

Yox. Bu şeir indi yazılmayıb. Qabilin 1962-ci ildə yaratdığı “Tramvay parka gedir” adlı poemadan bir parçadır. Nəinki tramvay – trolleybus, marşrut taksilər, elektriçkalar da parka gedib və geri qayıtmayıb. Trolleybusların naqilləri, tramvayların, elektriçkaların relsləri sökülüb, əridilib. Marşrut taksilərinin yerini isə metro çıxışlarında “Müşfiqabad-1 manat, Hövsan-1manat, Atyalı-1 manat, Mərdəkan, Şüvəlan, Buzovna... – 1 manat” deyənlər tutublar. Bunu parkovkadan pul qırıb, amma nəqliyyata cavabdeh olanlar görmürlərmi?  Bakının dar küçələrində qoşqulu-qarmoşka İkaruslar hərəkət edə bildiyi halda, bəs indi uzun Baku-Bus-lar niyə xəttə buraxılmır? Ümumiyyətlə niyə Bakının bütün sərnişinləri bu rahat avtobusların xidmətindən istifadə edə bilməsin axı? Koroğlu metrostansiyasından qəsəbələrə gedənlər Bakı əhalisi sayılmırmı? Bakının küçələrində dörd vaqonlu metrobuslar şütüyə bilməzmi?

Bakı sərnişin nəqliyyatına yazığım gəlir. Yox. Düz demədim. Sərnişinlərə yazığım gəlir. Metro yazıq neyləsin. Çatdırmır. Stansiyaları təmir edir, gözəlləşdirir.  İstifadə müddəti müddətsiz, yəni ki, ömürlük olan qranit-mərməri söküb, metlaxla, plasmas, alüminium lambirinlərlə  əvəz edir. Halal xoşları. Vaqonlar ki, həmin vaqonlardır. Sərnişinlər isə iki dəfə artıb.

Çoxdandır bu cür yazılar yazmıram. Yazdım. Bəlkə düzəldi.

 


Yazarlar

Top.Mail.Ru
HotLog