Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Azərbaycan Prezidentinin əfv Sərəncamı dünyaya örnək addımdır” - Elşad Eyvazlı

  21
20:45 16-03-2019
Şriftin ölçüsünü dəyiş  

“Azərbaycan Prezidentinin məhkum edilmiş şəxslərin əfv olunmasına dair imzaladığı Sərəncam dünyaya örnək təşkil edən addımdır. Bu, Prezident İlham Əliyevin yüksək humanizminin bariz göstəricisidir”.

Paralel.az xəbər verir ki, bunu Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı bildirib.

 

Əfv Sərəncamının yüzlərlə ailəyə əsl bayram sevinci yaşatdığını vurğulayan E.Eyvazlı qeyd edib ki, bayram ərəfəsində məhkum edilmiş şəxslərin əfv olunması, onların ailələrinə qovuşması yüksək humanizmin, ölkə vətəndaşlarına ali diqqətin bariz nümunəsidir:

“Bu Sərəncam dövlətimizin başçısının öz fəaliyyətində ədalət, humanizm və mərhəmət prinsiplərinə sadiqliyini bir daha bütün dünyaya göstərdi. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 431 məhkumun əfv edilməsi bütün dünyaya örnək təşkil edir. Ölkə ictimaiyyəti kimi, biz də bu addımı ürəkdən alqışlayırıq. Azərbaycan Prezidentinin bu addımı ölkə vətəndaşlarına yüksək diqqət və qayğını bir daha nümayiş etdirdi”.


Yazarlar

Top.Mail.Ru
HotLog