Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Əfv sərəncamı iki polkovnikə də şamil olundu  

  11
20:35 16-03-2019
Şriftin ölçüsünü dəyiş  

Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ilə həbsdə olan iki yüksək rütbəli məhkum da azadlığa buraxılıb.

Paralel.az saytının məlumatına görə, onlardan biri müdafiə nazirinin sabiq müavini, polkovnik Mehman Səlimov, digəri isə Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin əmlak cinayətlərinə qarşı mübarizə şöbəsinin keçmiş rəisi, polis polkovniki Kamil Sədrəddinovdur.

Mehman Səlimov 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə  8 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub.
M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

Bugünkü sərəncamla Mehman Əmirxan oğlu səlimov əfv edilib, o azadlığa buraxılacaq.

 

Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin əmlak cinayətlərinə qarşı mübarizə şöbəsinin keçmiş rəisi, polis polkovniki Kamil Sədrəddinov 2007-ci il yanvarın 19-da ömürlük azadlıqdan məhrum edilib.

Prezident İlham Əliyevin əfv sərəncamı ilə K.Sədrəddinovun ömürlük həbs cəzası  20 ilə endirilib. 

K.Sədrəddinov adam oğurluğunda, qətllərdə və digər ağır cinayətlərdə təqsirləndirilən Daxili işlər Nazirliyi Baş cinayət axtarış idarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun başçılıq etdiyi 25 nəfərdən ibarət dəstənin üzvü kimi məhkum edilib.


A.Qorxmaz


Yazarlar

Top.Mail.Ru
HotLog