Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Satirik şair Tofiq Həsənov da əfv sərəncamına düşdü  

  11
19:30 16-03-2019
Şriftin ölçüsünü dəyiş  

Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamında həbsdə olan satirik şair Tofiq Həsənovun da adı var.

Paralel.az-ın məlumatına görə, Tofiq Həsənov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2016-cı il hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

T.Həsənov vəzifəli şəxsləri tənqidi şerləri ilə məşhurdur. O 2000-ci illərdə lisenziyası ləğv edilmiş ANS televiziyasının “Qulp” verilişində, “Millətin Səsi” və “Xural” qəzetlərində çıxış etdiyi tənqidi şerləri ilə məşhurlaşıb. Şair 2005-ci ildə narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edilib. 2007-ci ildə Amnistiya Aktı əsasında azadlığa buraxılıb.

T.Həsənov azadlığa çıxdıqdan sonra tənqidi şerlərini davam etdirib. O sosial şəbəkələrdə şerlərini dərc etdirib və öz səsi ilə Youtube şəbəkəsində yayıb.

2015-ci il oktyabrın 12-də T.Həsənov yenidən saxlanılıb.

 


Yazarlar

Top.Mail.Ru
HotLog