Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Prezidentin bu addımı ölkədə ictimai barışı möhkəmləndirəcək” - Deputat

  13
19:20 16-03-2019
Şriftin ölçüsünü dəyiş  

“Böyük bir humanistlik nümayiş etdirərək 431 nəfər məhkum olunmuş şəxsi əfv etdiyinə görə cənab Prezident İlham Əliyevə təşəkkür edirəm”.

Modern.az xəbər verir ki, bunu millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Azay Quliyev Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla bağlı münasibətini bildirərkən deyib.

“Əminəm ki, bu xeyirxah addım on minlərlə vətəndaşı sevindirəcək, ölkədə ictimai barışı, vətəndaş-dövlət birliyini daha da möhkəmləndirəcəkdir”,-Azay Quliyev əlavə edib.


Prezident İlham Əliyevin 16 mart 2019-cu il tarixdə imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. 


Yazarlar

Top.Mail.Ru
HotLog