Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Reabilitasiya kursu keçən uşaqlar üçün Novruz şənliyi təşkil edilib

  10
16:20 16-03-2019
Şriftin ölçüsünü dəyiş  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Uşaq Bərpa Mərkəzində reabilitasiya kursu keçən sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi təşkil edilib.

 

Uşaqların valideynlərinin də iştirak etdiyi tədbirdə Novruz bayramının xalqımızın mənəvi zənginliyini, təbiətə bağlılığını özündə əks etdirən bir bayram olduğu  qeyd edilib. Ölkəmizdə milli-mənəvi dəyərlər sisteminin qorunması və inkişafı sahəsində aparılan fəal dövlət siyasətinin bir təzahürü kimi, Novruz bayramının hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edildiyi vurğulanıb. 

 

Bayram tədbiri burada tibbi-sosial reabilitasiya kursu keçən uşaqların şer, mahnı, rəqs və s. növlərdə ifaları, Novruz personajlarının yumoristik səhnəcikləri ilə davam edib.

 

Müasir tələblər səviyyəsində reabilitasiya şəraitinin yaradıldığı müəssisədə  sağlamlıq imkanları məhdud uşaqlar fizioterapevtik prosedurlarla yanaşı, tədris metodikaları əsasında tədris-peşə yönümlü, sosial yanaşma əsaslı reabilitasiya tədbirlərinə də cəlb edilirlər.


Yazarlar

Top.Mail.Ru
HotLog