Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Vətəndaşlığa qəbul edilən 74 nəfər and içdi

  10
16:00 16-03-2019
Şriftin ölçüsünü dəyiş  

Martın 13-də prezident İlham Əliyevin 74 nəfərin Azərbaycan vətəndaşlığına qəbul edilməsi haqqında imzaladığı sərəncamın icrası olaraq Dövlət Miqrasiya Xidmətində həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.

Paralel.az-ın məlumatına görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, ilbəil Azərbaycan vətəndaşlığını əldə etmək şərəfinə nail olmaq istəyən insanların sayında artım müşahidə olunur. Dövlət başçısının rəhbərliyi altında tolerant və multikultural, təhlükəsiz ölkə kimi tanınan Azərbaycan bu gün dünya dövlətləri sırasında sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə bütün sahələrdə dinamik inkişafı ilə fərqlənir. 

Məhz bu səbəbdən də Azərbaycanın tam hüquqlu vətəndaşı olmaq həqiqətən də böyük fəxr və xoşbəxtlikdir.

Çıxışının sonunda Xidmət rəisi qarşıdan gələn Novruz Bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.

Sonra vətəndaşlığa qəbul olunan 74 nəfər təntənəli şəraitdə Azərbaycanın dövlət bayrağı önündə Konstitusiyaya əl basaraq Azərbaycanın dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər.


Yazarlar

Top.Mail.Ru
HotLog