Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Xaçmazda azot gübrəsi güzəştli şərtlərlə satıldı

  13
13:35 16-03-2019
Şriftin ölçüsünü dəyiş  

Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Şəki, Oğuz, Göyçay, Sabirabad, Ismayilli, Astara, Biləsuvar,Saatlı, Kürdəmir rayonlarının ardınca növbəti səyyar satış mart ayının 15-də Xaçmaz rayonunun Ləcət kəndində baş tutub. Səyyar satış zamanı Ləcət və ətraf 9 kənddən 52 vətəndaş müracət edərək, 3,750 ton ammofos, 38,300 ton ammonium nitrat, 4,05 ton nitroammofoska alıblar. Ümumilikdə 46,100 ton mineral gübrə satılıb. Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə ediblər.

Mart ayının 16-da isə mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı Siyəzən rayonunun Qozağacı kəndində həyata keçiriləcək.


Yazarlar

Top.Mail.Ru
HotLog