Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Gəncənin icra başçısı kənd təsərrüfatı yarmarkasına getdi

  12
13:30 16-03-2019
Şriftin ölçüsünü dəyiş  

Gəncənin Nizami Rayon Şeyx Bahəddin küçəsində və Kəpəz Rayon “Qrand Qafqaz” Ticarət Kompleksində Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunur. 

 

Paralel.az-ın xəbərinə görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov yarmarkaya baş çəkib, qiymətlər və məhsulların keyfiyyəti ilə maraqlanıb. Alıcı fəallığı müşahidə olunan yarmarkada sakinlərlə söhbət edən Niyazi Bayramov, onları qarşıdan gələn Novruz Bayramı münasibətilə təbrik edib, can sağlığı, bol ruzi-bərəkət arzulayb. Qiymətlər və məhsulların keyfiyyətindən razı qalan alıcılar, minnətdarlıq ediblər.

 

Novruz atributları olan Kosa və Keçəl musiqili proqramla çıxıb edib, sakinlərə bayram əhval-ruhiyyəsi bəxş ediblər.

“Novruz - 2019” kənd təsərrüfatı məhsullarının satış yarmarkasında Gəncə və ətraf rayonlarda istehsal edilən kənd təsərrüfatı və yeyinti məhsulları satışa çıxarılıb. Mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta, soğan, kartof, müxtəlif  çeşiddə yağlar, tərəvəz, meyvə və s. məhsullar bazar qiymətindən aşağı alıcılara təqdim edilib.

 

Yarmarkada  yumurtanın 1 ədədi 10 qəpiyə, unun 50 kiloqramı 26 manat 50 qəpiyə, qoz və fındığın bir kiloqramı 4-6 manata , şabalıd 7 manata təklif olunur. Bunlarla yanaşı mal əti 7 manat 50 qəpiyə, qoyun əti 8 manata, toyuq əti  3 manat 30 qəpiyə təklif olunur.  Kartof  və soğanın qiyməti 50-60 qəpik arasında dəyişir. 

 

Bildirək ki, bütün məhsulların keyfiyyətinə nəzarət olunaraq satışa çıxarılır.  Kənd təsərrüfatı məhsullarının satış yarmarkası martın 21-dək davam edəcək.

 


Yazarlar

Top.Mail.Ru
HotLog