Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Gənc idmançının uğurları

  110
19:39 15-03-2019
Şriftin ölçüsünü dəyiş  

Eldar Elman oğlu Əsədovun 9 yaşı var

 

Son illər ölkəmizdə idmana dövlət tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycan artıq bir idman ölkəsi kimi tanınır. Dövlətimizin başçısı, Prezident İlham Əliyev, eləcə də ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva ölkəmizdə idmanın inkişafını, idmançıların sosial-məişət problemlərin həllini daim öz nəzarətlərində saxlayırla ki, bu da idmançılarda daha böyük ruh yüksəkliyinə və yeni-yeni uğurların qazanılmasına stimul olar.

eldar id-03

Bu sahədə yeniyetmələrə və gənclərə diqqət daha çoxdur. Çünki ölkəmizin gələcək idman uğurlarının çətinlikləri həmin yeniyetmə və gənclərin çiyinlərinə düşəcək. Bu gün artıq açıq şəkildə qeyd etmək olar ki, ölkəmizdə uşaq idmanına da ciddi diqqət verilir. Bunun müsbət nəticələri də artıq özünü göstərir. Bu gun biz sizə belə bir perspektivli idmançıdan söz açmaq istəyirik. Eldar Əsədovun cəmi 9 yaşı var. Eldar 2 fevral 2019- cu ildə Budokan Karatenomiçi Klubu tərəfindən Dünya Karate Yolu federasiyasının tələblərinə uyğun olaraq imtahan verərək fəxri 2-ci dan qara kəmərə laylq görülüb və sertifikat alıb.

eldar id

Fevralın 8-də isə İran İslam Respublikasının Tehran şəhərində şotakan-karate idman növü üzrə keçirilən "Master Cup" beynəlxalq turnirində isə gənc idmançı ən yüksək pilləni fəth edib. Bu qələbəsinə görə onu, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Fəxri Fərmanla mükafatlandırıb.

Bu mötəbər yarışda ölkəmizi yüksək səviyyədə təmsil etdiyinə görə, Bakı Şəhər Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev də Eldar Əsədovu Təşəkkürnamə ilə təltif edib.

Biz də öz növbəmizdə gənc idmançının sevincini böluşmək üçün onunla söhbətləşmək qərarına gəldik:

eldar id-01

-Eldar, karate idman növünü seçməyi sənə valideynlərin məsləhət görüblər, yoxsa özünün istəyinlə olub?

-Anam məsləhət bilib. Anam məni bu idman növü ilə məşğul olmağa gətirəndə heç başa düşmürdüm ki, karate nədir. Amma sonradan bilavasitə karatenin şotakan növünə marağım artdı və onu seçdim.

-Məşhur karateçilərdən kimlərin adın çəkə bilərsən?

-Rafael Ağayev, Yaşar Bəşirov, Oktay müəllim və s. Bilirsiniz, karate döyüş növü ilk dəfə Hindistanda yaranıb. Bodxidxarma adlı hindistanlı bir monarx tərəfindən yaradılıb. Bu gün isə Qicina Funakoshi ənənəsinə uyğun davam etdirilir.

Biz də həmin ənənənin davamçıları sayılırıq. Bizim ailəmizdə idmanla məşğul olan yalnız mən deyiləm, xalamın qızı gimnastika, oğlu karate ilə, dayım isə yüngül atletika ilə məşğuldurlar. Mənim isə bənzəmək istədiyim bir idmançı var, o da Rafael Ağayevdir.

-Musiqi dinləməyi sevirsən?

-Bəli.

-Bəs kitabla aran necədir?

-Belə də (gülür) orta.

-Boş vaxtlarını necə keçirirsən?

-Ən çox Rafael Ağayevin oyunlarının lent yazılarına baxıram. Rafael Ağayev mənim ən çox sevdiyim idmançıdır, kumirimdir.

eldar id-02

-Son yarışlar barədə nə deyə bilərsən?

- Fevral ayında İranın Tehran şəhərində keçirilən yarışda 1-ci yeri tutdum. Sonra erməni ilə döyüşməli odum və ona da qalib gəldim. Azərbaycanda olan yarışlarımdan Qobustanda keçirilən ilk yarışımı heç unutmuram. O zaman ilk dəfə qalib olmuşdum, yəqin unutmamağımın səbəbi də elə budur.

-Öz həmyaşıdlarına demək istədiyin bir söz var?

-Bütün həmyaşıdlarıma demək istəyirəm ki, idmanla məşğul olun. Mən qara kəmərə intahan verməyə hazırlaşıram və inanıram ki, buna nail olacam. Qara kəmər aldıqdan sonra da ilk sevincimi sizlərlə bölüşəcəyimə söz verirəm(gülür).

eldar id-04

-İrandakı qələbədən sonra sənə münasibət necə oldu?

- Ölkəmizi İranda yaxşı təmsil etdiyimə görə Dünya Karate Konfederasiyası məni Fəxri Fərmanla təltif edib. Başimdakı beretkanı və digər fəxri fərmanı isə (fəxri fərmanı göstərir) mənə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev verib.

-Bu idman növü ilə məşğul olmağa başlayanda ilk müəllimin, məşqiçin kim olub?

-İlk müəllimlərim Oktay Məmmədov, Zöhrab Səfərov olub. 2-ci dan qara kəmərdən imtahan vermişəm. l dan kəmərdən də imtahan verəcəm. Mən istedadlı tələbə sayıldığıma görə, federasiyanın xüsusi nəzarətindəyəm.

eldar id-05

-Biz də sənə yeni-yeni uğurla arzulayırıq, qələbələrin, zəfərlərin çox olsun deyirik.

-Çox sağ olun, təşəkkür edirəm.

Bəli, beləcə kiçik qəhrəmanımızla olan maraqlı söhbətimiz bitdi. İnşallah Eldarla yenidən görüşərik

 

Şahnaz Salehqızı

 

Yazarlar

Top.Mail.Ru
HotLog