Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bahar Muradova hökumətin hesabatı HAQDA...

  12
17:45 15-03-2019
Şriftin ölçüsünü dəyiş  

“Nazirlər Kabinetinin 2018-ci ilin hesabatında xarici dövlətlərlə əlaqədar beynəlxalq fəaliyyətə geniş yer ayrılıb. 2018-ci il bütün dünyada özünəməxsus xarakterik keyfiyyətləri ilə seçilib.

Bu hadisələrə ümumi qiymət verməklə yanaşı, ikitərəfli, çoxtərəfli əlaqələri haqqında müfəssəl məqamlar hesabatlarda yer alıb”.

 

Paralel.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə hörə, Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri və bu əlaqələrə maneçilik törədən məqamlara da hökumətin hesabatında yer ayrılıb.

Sədr müavini çıxışı zamanı deyib ki, həm rəsmi, həm də parlament diplomatiyası sahəsində həqiqətlərimizin dünyada yayılması, Dağlıq Qarabağ probleminin həlli istiqamətində əlaqələrimizi daha çox koordinasiya etməliyik:

 

“Bildiyiniz kimi, bu ilin fevral ayında Milli Məclisin beynəlxalq təşkilatlarda təmsil olunan qrup rəhbərlərinin toplantısını keçirdik. Toplantı çox səmərəli keçdi və məsləhətləşmələr çox faydalı oldu. Biz həm diplomatik, həm də xaricdə fəaliyyət göstərən diaspora təşkilatları, vətəndaş cəmiyyətləri, hökumət qurumları xüsusilə də XİN-lə əlaqələri daha da gücləndirməliyik. Milli Məclis və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında ciddi fəaliyyətə start verilib. Etnik harmoniyanın dünyada təbliğ olunması istiqamətində bu qurumun fəaliyyətini xüsusi qeyd etməliyəm”.

 

Bahar Muradova vurğulayıb ki, hökumətin 2018-ci ilin hesabatında Prezident İlham Əliyevin ikitərəfli və çoxtərəfli şəkildə imzaladığı sənədlər, beynəlxalq qurumlar arasında münasibətlər ciddi şəkildə diqqətdə saxlanılıb.

Hazırda Azərbaycanda VII Qlobal Bakı Forumunun keçirildiyini xatırladan Milli Məclisin sədr müavini qeyd edib ki, forumda iştirak edən beynəlxalq nümayəndələr, forumu Davos iqtisadi Forumu ilə müqayisə edir:

 

“Bu, çox mühümdür. Daha çox insanların, beynəlxalq təşkilatların Azərbaycan ətrafında şəbəkə şəklində toplanması işinin təmin edilməsi istiqamətində səylər artırılmalıdır. Müxtəlif formatlar var ki, orada azərbaycanlılar təmsil olunmalıdır. Biz hökumətlə bu məsələ ilə bağlı fəaliyyət göstərməyə hazırıq”.


Yazarlar

Top.Mail.Ru
HotLog