Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

  12
17:35 15-03-2019
Şriftin ölçüsünü dəyiş  

Martın 17-si axşamdan 19-u gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin 15-18 m/s, arabir 20-25 m/s olacağı, martın 18-də yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı, martın 20-də axşam kəsiləcəyi gözlənilir. Havanın temperaturu 4-7 dərəcə aşağı enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Paralel.az-a bildirilib ki, Azərbaycanın rayonlarında martın 17-si gündüz qərb rayonlarından başlayaraq, martın 20-si axşamadək arabir yağış, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyinin sürəti martın 17-19-da arabir 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

 


Yazarlar

Top.Mail.Ru
HotLog