Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Tibb işçiləri qanuni şəkildə gəlir əldə etmək imkanı əldə edəcəklər”

  12
16:40 15-03-2019
Şriftin ölçüsünü dəyiş  

“2020-ci ildən bütün Azərbaycan ərazisində icbari tibbi sığorta sistemi tətbiq olunacaq. Bununla da qanunsuz ödənişlərin qarşısı alınacaq. Tibb işçiləri qanuni şəkildə gəlir əldə etmək imkanı əldə edəcəklər.

 

Modern.az xəbər verir ki, bunu deputat Rəşad Mahmudov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2018-ci il hesabatının müzakirəsi zamanı deyib.

 

Onun sözlərinə görə, səhiyyəyə dövlət maliyyəsi artırılmalıdır.

 

Azərbaycanda lazımi tibbi xidmət göstərmək üçün bütün imkanların olduğunu deyən deputat söyləyib ki, son illər 700-dən çox texnika ilə təmin edilən xəstəxanalar məhsuldarlığın artırılmasına imkanlar yaradır.

“Bütün bunlarla yanaşı tibbi xidmətin əlçatanlığı, xidmətin keyfiyyətinin artırılması vacibdir”.

 

R. Mahmudov qeyd edib ki, görülən işlərlə yanaşı, xəstəxanaların keyfiyyət statusuna görə akkreditasiyadan keçirilməsi, standartların, ixtisaslaşmış tibb personallarının akkreditasiya qaydalarının hazırlanması, ailə həkiminin funksionallığı, “Əhalinin sağlamlığı” haqqında qanununa əlavələr edilməsi mühüm məsələlərdən biridir:

 

“Qida təhlükəsizliyi ilə əlaqədar qısa müddətdə görülən işlər gələcəkdə daha sağlam gələcəyin formaslaşmasında mühüm xidmət olacaq. İcbari tibbi sığorta daha geniş şəkildə tətbiq edilməlidir”.


Yazarlar

Top.Mail.Ru
HotLog