Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Deputat: “Heç bir məqaləsi çıxmayan şəxslər həmsədr kimi fəaliyyət göstərirlər, bu, Azərbaycan elminə ayıbdır”  

  18
16:25 15-03-2019
Şriftin ölçüsünü dəyiş  

“Hökumətin hesabatı göstərdi ki, ötən il həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dövləti daha da güclənib, əhalinin rifah halının yaxşılaşdırılması istqiamətində mühüm işlər görülüb. Bunun nəticəsində xalq-iqtidar birliyi daha da möhkəmlənib”.

 

Paralel.az xəbər verir ki, bunu deputat Musa Qasımlı parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2018-ci il hesabatının müzakirəsi zamanı deyib.

 

O bildirib ki, gömrük və vergi sistemində həyata keçirilən islahatlar nəticəsində bərabər imkanların yaradılması islahatların fəlsəfəsində, mahiyyətində duran məsələdir.

Deputat söyləyib ki, ötən il ölkəmizin dəmir yolu sisteminin inkişafında görülən işlər qeyd edilməlidir:

“Beynəlxalq bazarlara çıxış, qeyri-neft sektorunun artması ötən ilin uğurlarından biridir. Bütün bunlar sabitlik nəticəsində əldə olunub. Əgər sabitlik olmasaydı, iqtisadi inkişaf olmaz, iqtisadi inkişaf olmasaydı, sosial müdafiə istiqamətində mühüm addımlar atılmazdı”.

M. Qasımlı təmsil etdiyi Yardımlı rayonuna yaxın kəndlərin təbii qazla təmin olunmasını təklif edib:

 

“Onların təbii qazla təmin olunması meşələrin qırılmasının qarşısını alacaq. Bundan başqa seçicilər qaza qoyulan limitin ləğvini istəyirlər”.

Deputat kəndlərdə qızların təhsilə cəlb edilməsi ilə bağlı problemlərin olduğunu da deyib.

Qeyd edib ki, hər bir kənddə qadın müəllim olarsa, o zaman qızların təhsilə cəlbində problem olmayacaq. Xaricdə təhsil alanların diplomlarının tanınması məsələsini gündəmə gətirən deputat bildirib ki, təhsilin keyfiyyətinə fikir vermək lazımdır:

 

“Bundan başqa Elm və Müdafiə Şuralarının həmsədrlərində dəyişiklik edilməlidir. Heç bir məqaləsi çıxmayan şəxslər həmsədr kimi fəaliyyət göstərirlər. Bu Azərbaycan elminə ayıbdır”


Yazarlar

Top.Mail.Ru
HotLog