Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Deputat kəndlərdə sakinlərlə görüşdü - FOTOLAR

  12
15:55 15-03-2019
Şriftin ölçüsünü dəyiş  

Deputat Novruz Aslanov martın 14-də İsmayıllı rayonuna növbəti səfərini edib. Deputat rayonun Ağbulaq kəndində seçicilərini qəbul edib, problemləri ilə maraqlanıb.

 

Paralel.az xəbər erir ki, qəbulda ətrafda yerləşən GənCə, Tubukənd və Qoşakənd sakinləri də iştirak ediblər. Sakinlər əsasən kəndin su, təbii qazla bağlı problemlərin həllinə və artezian quyularının istismarı üçün yeni elektrik transformatorlarının verilməsinə köməklik göstərilməsini deputatdan xahiş ediblər. Millət vəkili yerindəcə əlaqədar qurumlarla telefon vasitəsilə əlaqə saxlayaraq problemi onların diqqətinə çatdırmış və həllinə köməklik göstərilməsini xahiş edib. Qurumlar qısa zamanda problemin həlli istiqamətində lazımi addımların atılacağını bildiriblər. Sakinlər deputata bu dəstəyə görə təşəkkür ediblər.

 

Sonra Novruz Aslanov zəlzələdən yararsız vəziyyətə düşmüş fərdi evlərin əvəzinə Fövqəladə Hallar Nazirliyi tərəfindən  tikintisi davam edən Ağbulaq kəndində iki, Qoşakəddə üç evlə tanış olub. Ev sahibləri dövlətin bu qayğısına görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.  


Yazarlar

Top.Mail.Ru
HotLog