Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Əlil tələbələr təhsil haqqından azad edilsin! - Deputatdan TƏKLİF

  15
13:50 15-03-2019
Şriftin ölçüsünü dəyiş  

Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında əlill tələbələrin təhsil haqqından azad edilməsi təklifi ilə çıxış edib. Modern.az xəbər verir ki, deputat Azərbaycanda əlil tələbələrin təhsil alması məsələsinə toxunaraq bunları deyib:

“Azərbaycanda əlil tələbələrin sayı çox deyil və onların təhsil haqqından hansısa formada azad olunması bu kateqoriyadan olan şəxsləri tam şəkildə təhsil almasına imkan yarada bilər. Bu cür tələbələrin sağlamlığının qayğısına qalmağa ehtiyacları var. Bu baxımdan onlar müraciət edərək təhsil haqqından azad edilməsini xahiş edirlər. Bu təhsil haqlarının bir hissəsini universitetlər, bir hissəsini Təhsil Nazirliyi, bir hissəsini isə azad iqtisadiyyatla məşğul olanlar öz üzərinə götürsələr, onların tam şəkildə təhsil almasına imkan yaranar”.


Yazarlar

Top.Mail.Ru
HotLog