Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Fəzail Ağamalı parlamentdə bir neçə təkliflə çıxış etdi

  15
13:40 15-03-2019
Şriftin ölçüsünü dəyiş  

“Ötən ilin ən mühüm və uğurlu hadisəsi Prezident İlham Əliyevin yenidən xalqın etimadını qazanaraq dövlət başçısı seçilməsi oldu. 2018-ci il Azərbaycanın idarəçilik sistemində uğurlu il olub”.

Modern.az xəbər verir ki, bu fikirləri deputat Fəzail Ağamalı Milli Məclisin plenar iclasında Hökumətin hesabatı müzakirə olunarkən deyib. O bildirib ki, büdcənin formalaşmasında həlledici rol oynayan dərin islahatların 2018-ci ildə davam etdirilməsi nəticəsində şəffaflıq təmin olundu:

“Bu, sahibkarlar arasında da inam mühiti yaratdı. Kənd təsərrüfatına innovativ yanaşma aqrar sektorla məşğul olanlarda fəallığa səbəb oldu. Maliyyə sabitliyi təmin olundu”.

Fəzail Ağamalı bir neçə təkliflə də çıxış edib. Onun sözlərinə görə, Azərbaycanda torpaq fondunun 47 faizi şoranlaşmış vəziyyətdədir. Bununla bağlı qanunun hazırlanmasına ehtiyac var. O bildirib ki, ölkədə maliyyə dövriyyəsinin gücləndirilməsi üçün də bank sistemi sağlamlaşdırılmalıdır. Deputat vurğulayıb ki, sığorta maliyyə şirkətlərindən, investisiya fondlarından ciddi maliyyə imkanları qazanaraq bank sistemini sağlamlaşdırmaq mümkündür:

“Ofşor zonalarında bank və maliyyə şirkətlərin yaradılması ölkənin maliyyə sisteminin əhəmiyyətli dərəcədə yüksəlməsinə xidmət edərdi. Xarici borclar alaraq iqtisadiyyatımızın inkişafına təkan verməliyik. Çünki inkişaf etmiş ölkələrdə xarici borc ümumdaxili məhsuldan artıq olur. Amma bu onların iqtisadi inkişafına mane olmur”.


Yazarlar

Top.Mail.Ru
HotLog