Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Baş Nazir ermənilərin məğlub olduğu əməliyyatdan DANIŞDI  

  16
13:00 15-03-2019
Şriftin ölçüsünü dəyiş  

“Dövlət başçısının tapşırığı ilə bölgələrdə 8720 yerlik modul tipli məktəblər istifadə verilib. Peşə təhsil müəssiələrinin bazasında 24 təhsil mərkəzi yaradılaraq, səmərəli fəaliyyəti təşkil olunub”.

Paralel.az xəbər verir ki, bunu Baş nazir Novruz Məmmədov Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci il üzrə hesabatını təqdim edərkən deyib.

Səhiyyənin inkişafından danışan Baş nazir bildirib ki, əsas diqqət müayinə və müalicə üsullarının geniş tətbiqinə yönəldilib.

“İl ərzində Quba və Naftalanda rayon xəstəxanaları istifadəyə verilib, 47 tibb müəssiəsində təmir bərpa işləri aparılıb”.

Novruz Məmmədov deyib ki, 2018-ci il gənclərimiz və idmançılarımız üçün də uğurlu il olub.

“2018-ci il sanballı qələbələrlə yadda qalıb. Ötən il Azərbaycanda 58 beynəlxlq yarış keçirilib, idmançılarımız 236 beynəlxalq yarışda iştirak edib. İdmançılarımız dünyada keçirilən beynəlxalq turnirlərdə 753 medal qazanıblar”.

Hərbi sənayenin artırılmasından danışan Baş nazir ordu quruculuğunun təkmilləşdirilməsi, silah sursatla təmin edilməsi istiqamətində məqsədyönlü siyasətin aparıldığını qeyd edib.

“Raket sistemləri, hava hücümündən müdafiə vasitələri, pilotsuz uçan aparatlar və digərləri ilə təchizat, əsas iki möhtəşəm hərbi paradda bu silahların nümayiş etdirilməsi buna əyani sübutdur. Naxçıvanda uğurlu hərbi əməliyyat nəticəsində 1993-cü ildən düşmən nəzarətində olan Günnüt məntəqəsi işğaldan azad edilib. Müdafiə sənayesi müəssisələri tərəfindən 1200 adda məhsul istehsal edilərək sifarişçilərə təhvil verilib”.


Yazarlar

Top.Mail.Ru
HotLog