Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Avtobus dayanacaqları ilə bağlı YENİLİKLƏR – intensiv işlər görülür

  15
10:50 15-03-2019
Şriftin ölçüsünü dəyiş  

Nazirlər Kabinetinin 4 mart 2019 tarixli 73 saylı qərarı ilə təsdiq edilən tələblərin bir qismi də avtobus dayanacaq məntəqələri ilə bağlıdır.

 

Bu barədə Modern.az-ın sorğusunu cavablandıran Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, avtobus dayanacaq məntəqələrinin növləri və ölçüləri, yerləşdirilməsi, təchizatı, reyestri kimi bütün vacib məsələlər bu tələblərdə öz əksini tapıb:

 

“Tələblərin icrası sayəsində biz artıq paytaxtın inzibati ərazisində avtobus dayanacaq məntəqələri ilə bağlı çatışmazlıqların tamami ilə aradan qaldırılmasına nail olacağıq.

 

Həmçinin avtobus dayanacaq məntəqələrinin bu tələblərə uyğun təşkili hərəkətin təhlükəsizliyi və nəqliyyat vasitələrinin maneəsiz axınının təmini baxımında müsbət nəticələr əldə etməyə imkan verəcək.

 

Qeyd edim ki, bu günə qədər BNA tərəfindən təşkil edilən avtobus dayanacaq məntəqələri bu tələblərə tam uyğundur”.

 

M.Ağayev qeyd edib ki, BNA tərəfindən Bakı şəhərində 200-ə yaxın dayanacaq məntəqəsi təşkil edilib:

 

“Onların bir qismi vətəndaş müraciətləri, bir qismi isə aparılan təhlillər nəticəsində təşkil edilib. Bununla yanaşı ötən dövr ərzində BNA tərəfindən 50 yerdə cib tipli avtobus dayanacaq məntəqəsi təşkil edilib. Yenilərinin təşkil edilməsi ilə yanaşı, mövcud avtobus dayanacaq məntəqələrinin bu tələblərə uyğunlaşdırılması istiqamətində də intensiv işlər görülməkdədir”.


Yazarlar

Top.Mail.Ru
HotLog