Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Qərar qəbulunda Bakıdakı görüşün nəticələri nəzərə alınacaq” – OPEC rəsmisi

  22
23:20 13-03-2019
Şriftin ölçüsünü dəyiş  

"OPEC-in baş katibi Məhəmməd Barkindo Hyustona səfərindən Amerika istehsalçıları ilə görüşmək və bu ölkənin sənayesinin genişləndirilməsi üçün kapitalın əldə edilməsini öyrənmək üçün istifadə edib". Modern.az "Report"a istinadən xəbər verir ki, bu barədə o özü bildirib.

 

Bu həftə Hyustonda "IHS Markit CERAWeek"-in illik konfransında iştirak edən baş katibin sözlərinə görə, ABŞ sənayesinin maliyyələşdirilməsinə giriş neft hasilatını gündə təxminən 12,1 milyon barelə qədər artırmağa kömək edib.

 

"ABŞ-da istehsalın artımı dünyaya öz energetika ehtiyaclarını təmin etməyə kömək edən əhəmiyyətli amildir", - deyə Barkindo qeyd edib. O, qeyd edib ki, İran və Venesuela ABŞ-ın sanksiyaları altındadır.

 

OPEC-in baş katibi həmçinin bildirib ki, OPEC və partnyorları bazarda neftin həcminin artımının saxlanılması haqqında razılaşmanın icrasının gedişini qiymətləndirmək üçün martın 17-18-də Azərbaycanda görüşəcək.

 

Gözlənilir ki, OPEC-ə üzv ölkələr və Rusiya hasilatın gündəlik 1,2 milyon barel ixtisarı haqqında razılaşmanı ən azı bir neçə ay müddətinə uzadacaq.

 

"Bakıda görüşün nəticələri qərarın qəbul olunması zamanı nəzərə alınacaq. Hər şey məlumatlardan asılıdır. Onlarla tanış olmaq lazımdır", - deyə OPEC-in baş katibi bildirib.

 

Qeyd edək ki, martın 17-18-də Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) 27-ci və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasları keçiriləcək.   


Yazarlar

Top.Mail.Ru
HotLog