Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bıçaqlanan mer oldu, prezidenti hədələyən tutuldu

  12
00:25 15-01-2019
Şriftin ölçüsünü dəyiş  

Polşanın Qdansk şəhərinin meri Pavel Adamoviç aldığı bıçaq yarasından xəstəxanada ölüb. Paralel.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, yanvarın 13-də əvvəl məhkum olunmuş, 27 yaşlı Qdansk sakini konsert zamanı merə hücum edərək onu ağır yaralamışdı.

Bu arada Polşa polisi ölkə prezidentini ölümlə hədələyən şəxsi saxlayıb. Belə ki, 72 yaşlı şəxs prezident Andjey Dudanı ölümlə hədələyib. O, Voevodskın Qəza Bildirişləri Mərkəzinə zəng edərək, "Adamoviç öldü, sabah isə Andjey Duda ölə bilər", - deyib.

 

Polis operativ şəkildə telefon zənginin hansı ünvandan edildiyini müəyyən edib. Həmin şəxs yaxalanıb, onunla bağlı iş prokurorluğa göndərilib.


Yazarlar