Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan nefti ucuzlaşdı

  15
23:55 14-01-2019
Şriftin ölçüsünü dəyiş  

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 62,58 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,77 dollar/barel azdır. Paralel.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 61,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,74 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 57,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,91 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 59,47 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,99 dollar/barel azdır.


Yazarlar