Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Göygöldə qanunsuz ov edən qohumlar saxlanıldı

  15
21:25 14-01-2019
Şriftin ölçüsünü dəyiş  

Göygöldə qanunsuz ov edən qohumlar saxlanıldı. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Paralel.az-a verilən məlumata görə, bu gün qanunsuz ov etdiklərinə görə 5 nəfər Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırmalarla onların Göygöl rayon sakinləri Nazir Bağırov, Xanlar Bağırov, Şükür Bağırov, Bayram Bağırov və Namiq Bağırov  olduqları müəyyən edilib. Onlardan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ” və 3 ədəd “İJ”, markalı ov tüfəngləri və  ümumi sayı 84 ədəd patron, habelə ovladıqları 2 ədəd dovşan götürülüb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

 


Yazarlar