Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Unun qiymətinin artması “Azercell”ə təsir edir yaxud Uçmuşdu göylərə bizim peykimiz

  22
20:22 14-01-2019
Şriftin ölçüsünü dəyiş  

Unun qiymətində son günlər baş verən qiymət artımı deyəsən rabitə və texnologiya xidməti göstərən qurumlara ciddi təsir edib. Amma ilk reaksiya maraqlıdır ki, heç kimin göstərmədiyi halda, ərzaq tədarükçülərindən deyil, məhz, mobil xidmət göstərən və dövlət mülkiyyətində olan “Azercell” MMC-dən gəldi. Üç gün əvvəl bu artımla bağlı şirkətin yaydığı məlumatda bildirilir ki, fevral ayının 12-dən etibarən fakturalı və fakturasız (sim-sim) abunəçilər üçün sms tarifləri 200% artırılır. Yəni fakturasız xətt sisteminə aid nömrələrdə mövcud olan “Azercell”in, “Bizimkilər”, “Hər yerdə”, “Gənc Sim”, “Bölgə” və “Tələbə birliyi” tarifləri çərçivəsində hər sms-in qiyməti artırılaraq, (əvvəllər 2 qəpik idi) 5 qəpik, fakturalı xətt sistemində mövcud olan “Hər yerə”, “Ailə tarif”, “Dövlətcell”, “SOCAR” və “Mediacell” tarifləri isə hər sms üçün 2,5 dəfə artırılaraq yenə də 5 qəpik müəyyən edilib. Bundan əlavə yanvarın 23-dən etibarən “Sim kredit”də də artım olacaq. Belə ki, həmin tarixdən “Sim kredit” üçün göndərilən sorğuya görə abonentin hesabından 5 qəpik çıxılacaq. Abonent həmin o 5 qəpik çıxıldıqdan sonra götürdüyü 1 manatlıq kreditə görə 1 manat 20 qəpik, 2 manatlıq üçün 2 manat 40 qəpik, 3 manatlıq üçün isə 3 manat 60 qəpik ödəməli olacaq. Aydınlıq üçün bildirək ki, “Sim kredit” sorğusu əvvəllər  pulsuz idi. Bunu da əlavə edək ki, “Azercell Telekom” bu ilin əvvəlindən rominqdə  istifadə edilən interneti də 20% bahalaşdırıb. 

Mütəxəssis fikirlərinə keçməzdən əvvəl “Azercell” müştərilərini, elə bizi də maraqlandıran bəzi məsələlərə bildiyimiz qədər aydınlıq gətirmək istəyirik. Təbii bu sahənin mütəxəssisi olmadığımız üçün söyləyəcəklərimiz real durumla ziddiyət təşkil edə bilər.Beləliklə, yazının əvvəlində də qey etdiyimiz kimi, hələ ki, un məhsularından başqa digər rabitə və internet xidmətləri ilə bilavasiə bağlı olan sahələrdə “Azercell”in qiymət artırmasına səbəb olacaq elə bir dəyişiklik, yəni qiymət artımı baş verməyib. Əksinə ötən ilin ortalarında ölkənin daha bir peyki orbitə çıxarılıb və artıq onların sayı 2-dir. Məntiqlə gözləmək olardı və bu belə də olmalı idi ki, rabitə xidmətində qiymətlərdə azalma müşahidə edilsin. Amma gördüyümüz kimi biz nə sayırıq sayaq, “Azercell” başqa cür, yəni tərsinə sayır. Hələlik tərsinə sayan səhm paketinin 50%-dən çoxu dövlətə məxsus olan “Azercell”dir. Böyük ehtimalla yaxın günlərdə mobil rabitə xidməti göstərən “Nar” və “Bakcell” də “Azercel Telekom” MMC-nin açdığı cığırla addımlayacaq. Nəzərə alanda ki, “Azercell”dən fərqli olaraq o şirkətlər özəldir, onlara irad, narazılıq bildirməyə nə hüquqi, nə də mənəvi əsas qalmır. Əksinə, qiymət artımında qabağa düşmədiklərinə görə o şirkətlərə  bir şükranlıq borcumuz yaranmış olar.

 Məsələnin digər bir maraqlı tərəfidə odur ki, “Azercell” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılsa da bir dövlət şirkətidir. Kim ona icazə verib ki, qiymət tənzimləyici qurumla, yəni Tariş Şurası ilə məsləhətləşmədən, razılıq almadan özbaşına tarif artımı edir?

Yaranmış sualarla bağlı “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə müraciət etdik.

Osman müəllim “Paralel” qəzetinə açıqlamasında bildirdi ki;- “Azercell Telekom”un bu addımı doğru addım deyil.

“Xüsusilə də, SMS-lə bağlı bir xidmətin qiymətinin artırılması anlaşılan deyil. Yəqin “Azercell” koorparativ müştərilərinin, yəni SMS xidmətlərindən istifadə edən dövlət qurumları və digər qurumların hesabına müəyyən qədər qazanc əldə etmək istəyir. Hesab edirəm ki, bu cür xidmətlərin ortadan çıxma ehtimalı olduğu bir zamanda onun üzərinə bir də qiyməti artırmaq düzgün yanaşma deyil. Düzgün yanaşma o olardı ki, “Azercell” yeni bir mobil xidmət yaradardı. Məsələn, dövlət qurumları, özəl şirkətlərlə əməkdaşlıq etməklə yeni bir xidmət ortaya çıxarardı. Bank sektoru, dövlət sektoru, təhsil, səhiyyə. Bu qurumlarla əlaqəli yeni xidmətlərin ortaya çıxarılıb, hazırlanması daha düzgün olardı, nəinki, 40 ildən qalan bir xidmətin tarifini artırmaq. “Azercell” hazırda dövlət şirkətidir. Dövlət şirkətinə    kim icazə verdi ki, qiymətləri artırsın? Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi köhnələn SMS xidmətinin qiymətini artırmaqdansa, innovasiyalara, innovativ addımların atılmasına diqqət yetirsin. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11 yanvar 2019-cu ildə innovasiyalarla bağlı sərəncam verdi.  Sərəncamda göstərilir ki, bu dövlət qurumları innovasiyalara meyl etməlidir. Nəinki, köhnədən qalma xidmətin qiymətini artırmaq. Çox gülünc və qəribə bir haldır ki, ölkənin ən innovativ qurumu qeyri-innovativ bir addım atıb. Gözlənilirdi ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azercell”i alıb özəlləşdirsin və yenidən satışa çıxarsın. Amma bu baş vermədi. Bunun əvəzinə qeyri-innovativ addım atıldı. Yaxşı olardı ki, “Azercell” alınıb yenidən satışa çıxarılsın.” 

Röyal Əsədli

Yazarlar