Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Jirinovskiyə oxşayan qız -Zaxarova

  32
20:17 14-01-2019
Şriftin ölçüsünü dəyiş  

Növbəti “JARA”qədər Mariya xanımdan ara-sıra belə sərsəm bəyanatlar eşidəcəyik

  Heç şübhəsiz Rusiya ABŞ-dan sonra qlobal güc mərkəzlərindən biridir. Nəzərə alanda ki, bu imperiyadan ayrıldığımız cəmi 28 ildir, demək, Rusiyanın yeraltı və yerüstü sərvətləri bol, üstəlik Avropanı Asiya ilə birləşdirən tranzit bir bölgəni itirməsini həzm etməsi üçün hələ çox zamana ehtiyacı var. Bu baxımdan nə qədər “dost, qardaş” desələr də, hələ bir müddət bu itki ilə barışmayanların müxtəlif formatlı təzyiq və təhdidlərinin şahidi olacağıq. Nəzərə alsaq ki, Rusiya rəhbərliyində təmsil olunanların böyük əksəriyyəti imperiyanın “uşaqlari”dır və onlar müxtəlif ad altında imperiyanı bərpa etmək arzusu ilə yaşayır, işləyir, siyasətlərini bu istiqamətdə qururlar, deməli bizlər bu dövlətlə münasibətlərimizdə daha ayıq və ehtiyatlı olmalıyıq. Məntiqlə Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova yeni nəsilin nümayəndəsi kimi artıq Azərbaycanın, o cümlədən, Gürcüstan və Orta Asiya respublikalarının da Rusiya kimi müstəqil dövlət olduqlarını səmimi şəkildə qəbul etməli, bəyanat verərkən də bu amilləri nəzərə almalıdır. Lakin artıq neçənci dəfədir ki, bu xanım ölkəmizə yanaşmada açıq qərəz nümayiş etdirir. Bunun iki səbəbi ola bilər: ya bu fikirlərin müəllifi erməni əsilli olduğu deyilən Rusiya xarici siyasət idarəsinin şefi Sergey Lavrovdur, ya da, bu qızın daxilində Vladimir Jirinovski kimi türklərə patoloji nifrəti var. Mən birinciyə üstünlük verərdim. Ona görə ki, Mariya Zaxarova ötən ilin yayında respublikamızda keçirilən “JARA” Beynəlxalq Musiqi Festivalında iştirakı zamanı dövlət rəsmisi olduğunu unudaraq, yeni dövr Rusiyasının gəncləri kimi ürəkdən şənlənirdi. Anlaşılan budur ki, Mariya Zaxarovanın son bəyanatı da daxil olmaqla, hərdən bizə üz bozartması şefi Sergey Lavrovdan qaynaqlanır. Halbuki, prezident kimi Vladimir Putin və erməni kökənli Sergey Lavrov çox yaxşı bilirlər ki, hazırda Azərbaycanda 25-30 min arası erməni çox rahat şəkildə yaşayır. Eyni zamanda respublikamızda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə və idman yarışlarında Ermənistan nümayəndələri də iştirak edir və bu günə qədər bu konteksdə heç bir insident yaşanmayıb. Söhbət cəmiyyətin əhval-ruhiyyəsindən gedirsə, torpağı işğal olunmuş bir xalq olaraq, azərbaycanlıların bu cür səfərlərə, iştiraka etiraz etməsi, hətta dinc mitinq, piket, yürüş keçirməsi qanunauyğunluqdur. Ermənistandakı tədbirlərə qatılan Azərbaycan təmsilçilərinə isə ona görə loyal yanaşılır ki, bu dövlət hələ ki, qalibdir və Azərbaycandan istədiyi torpağı zəbt edə bilib. Zaxarovaların unutduğu daha bir məqam da ondan ibarətdir ki, bu gün Azərbaycandan fərqli olaraq Ermənistan Rusiyanın bu ölkədəki hərbi kontingentini nəzərə almasaq monoetnik dövlətdir. Əgər Ermənistan müharibədəki müvəqqəti qələbəsi və atəşkəsdən istifadə edib işğal altinda bölgələrə Suriya və digər ölkələrdən olan qaçqın yaxud ailəvi muzdlu döyüşçüləri yerləşdirirsə, bu həmin dövlətin monoetnik kimi ümumi palitrasın dəyişmir. Qayıdaq mövzunun əsas qayəsinə. Xatırladaq ki, Rusiya XİN-in sözçüsü olan Mariya xanım yenidən ənənəvi ampluasına qayıdıb və bu dəfə də Azərbaycana qarşı öz xarakterinə uyğun formada bəyanat verib. M. Zaxarova keçirdiyi brifinqdə erməni mənşəli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmamasından danışıb və ölkəmizi bu məsələ ilə bağlı ittiham edib. Mariya xanım deyib:- “Mən bu barədə sosial şəbəkələrdə bir çox məlumatlara rast gəlmişəm. Yeni ilin bayram günləri ərəfəsində də belə insidentlər olub. Biz belə hadisələri əvvəllər də qeydə almışdıq və Azərbaycan tərəfi qarşısında məsələ qaldırmışdıq. Onlar deyirdilər və təəssüflənirdilər ki, belə hallar artıq yaxşı çıxmır və düzgün olmayan praktikadır. Amma bayram günlərində sosial şəbəkələrdə böyük material dərc edilib və bu, Rusiya vətəndaşlarına qarşı birinci diskriminasiya halı deyil. Ötən il etnik əlamətinə görə azı 16 Rusiya vətəndaşının Azərbaycana buraxılmaması qeydə alınıb.” Təsəvvür edirsiz, nəhəng bir ölkənin XİN-nin sözcüsü bu hadisə barədə olan xəbəri rəsmi statistik məlumatlardan deyil, hansısa bir sosial şəbəkədə beş, on nəfərin fikirlərinə əsaslanaraq söyləyir. Zənnimizcə bu hərəkət Zaxarovanın dövlətin mövqeyini ciddiyə almamağından qaynaqlanır. Məsələyə aydınlıq gətirmək üçün politoloq Qabil Hüseynliyə müraciət etdik.

Qabil müəllim Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarovanın iki qonşu və dost sayılan ölkənin münasibətlərinə xələl gətirən mövqe sərgiləməsi yəqin ki, səbəbsiz deyil. Sizcə bu yenidən erməni xislətlərinin kükrəməsi ilə bağlıdır, yoxsa başqa niyyətləri var?

- Bu xanım müxtəlif bəhanələrlə Azərbaycan əleyhinə tez-tez çıxış edir. Eyni zamanda hadisələrə bər-bəzəkli don geyindirərək, ona siyasi anlam gətirməyə necə deyərlər bir növ adətkardır. Çox aydın hiss olunur ki, bu xanım Sergey Lavrov məktəbinin dərsini keçib və öz “şef”inə də müxtəlif formalarda yaltaqlanıb sadiqlik nümayiş etdirir. Bütün bunlar onun erməni təəssübkeşliyinin sübutudur. Bu fonda da təbii ki, hədəf kimi çox vaxt Azərbaycan və Azərbaycanın yeritdiyi siyasəti seçilir. M. Zaxarova bilmir ki, böyük bir dövlətin XİN-nin sözcüsüdür, bu dövlətlə Azərbaycan respublikası arasında daim inkişaf edən və təkmilləşən xoş münasibətlər mövcuddur, hansı ki, bunu öz ölkəsinin prezidenti də dəfələrlə qeyd edib. Mariya xanımın Azərbaycana qarşı tez-tez mənfi fikirlərlə çıxış etməsi bir daha göstərir ki, bu xanım xislət etibarilə Azərbaycanı sevməyən adamdır, eyni zamanda, mənşəyi erməni olan S. Lavrovun planlarını yerinə yetirməyə çalışır. Əslində o, bu hərəkətləri ilə öz dövlətinin xarici siyasətini gözdən salır. Onun  erməni  mənşəli Rusiya vətəndaşlırının Azərbaycana buraxılmamasını əsas gətirərək, Azərbaycan dövlətini qınaması tamamilə səhvdir. Azərbaycan müharibə şəraitindədir. Ermənilər işğalçılıq müharibəsi nəticəsində Azərbaycana böyük ziyan vurub, ərazilərini işğal edib bir milyondan artıq insanı yurd-yuvasından, torpağından didərgin salıb. Belə olan halda məqsədi, məramı bilinməyən, hansı məfkurəyə xidmət etdiyi təxmin edilməyən erməni millətindən olan şəxslərin, torpaqları Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan Respublikasına buraxılmaması mənim zənnimcə çox düzgün addımdır. Müharibə vəziyyətində olan ölkələrin hamısı belə addım atır. Ümumiyyətlə bu xanımın bizi suçlamağa qalxması Azərbaycan xalqı üçün təhqiramiz haldır. O, mütamadi olaraq Azərbaycan xalqına qarşı dil uzadır. Yəqin ki, onun yaşadığı ölkənin səlahiyyətli sahibləri bu xanımın hərəkətlərinə bir sədd çəkəcək və ona xatırladacaqlar ki, kifayətdir, onsuz da lazım olduğundan artıq şəkildə Rusiya- Azərbaycan münasibətlərinə zərbə vurmusan.” Qayıdaq Rusiya prezidenti Vladimir Putinin Azərbaycan xalqına, dövlətinə və ümumiyyətlə iki qonşu və dost sayılan ölkələrin münasibətlərinə verdiyi dəyərə. V. Putinin Azərbaycan prezidenti cənab İlham Əliyevi ölkəsinə dəvəti zamanı etdiyi son çıxışı yəqin ki, hər kəsin xatirindədir. O, cənab prezident İlham Əliyevlə görüşü zamanı bildirmişdir ki, bu iki ölkənin qarşlıqlı fəaliyyətinin əhatə dairəsi çox genişdir və biz bunu həm də strateji tərəfdaşlıq adlandırırıq. O, vurğulamışdı ki, bizim iki ölkə arasındakı münasibətlərimiz həm siyasi, həm də iqtisadi istiqamətdə inkişaf edir. Ötən 2017-2018-ci illərdə iki ölkə arasındakı qarşlıqlı əmtəə dövriyyəsinin həcmi 34%-dən çox artıb, bu ilin birinci yarısında isə mülki təyinatlı məhsulların satış həcmi 20% artıb. Rusiya prezidentinin sözlərinə görə, bu çox yaxşı göstəricidir. Rusiya prezidentinin Azərbaycan prezidentini ökləsinə dəvət edib, dövlətimiz haqqında, iki dost və qonşu ölkənin münasibətlərinə aydın şəkildə açıqlama gətirməsini yenidən oxucularımız üçün xatırlatmaqda məqsədimiz nəhəng bir ölkənin XİN-nin sözcüsünün ortadakı absurd fikirlərini ifşa etmək və onun bu addımı ilə əslində ölkəsinin imicinə xələl gətirməsini xarırlatmaq idi. Məsələyə münasibətini öyrənmək üçün politoloq Elxan Şahinoğlu ilə də görüşdük. Elxan müəllim olay barədə bunları dedi: -“Təəssüf ki, Rusiyanın ermənilərə olan tarixi sevgisi davam edir. Rusiyalı rəsmilərin Azərbaycan haqqında söylədikləri xoş sözlər əlbəttə ki, bizim də xoşumuza gəlir. Lakin biz real addımlara baxmalıyıq və Qarabağ münaqişəsinin kimin yaratdığını da unutmamışıq. O baxımdan düşünürəm ki, Mariya Zaxarova təkcə öz fikirini ifadə etmir, onun başı üzərində rəhbəri var, bu, Sergey Lavrovdur. O, da bildiyimiz kimi hər zaman ermənipərəst mövqelər sərgiləyir. Çox təəssüflər olsun ki, Rusiyanın siyasəti budur. Əgər Rusiya istəsəydi Qarabağ münaqişəsi çoxdan həll oluna bilərdi. Rusiyanın buna imkanı var, çünki Ermənistan ondan asılı dövlətdir. Amma onlar bu addımı məqsədli şəkildə atmırlar.Jirinovskiyə oxşayan qız – Zaxarova ile ilgili görsel sonucu

 Siz Rusiya prezidentinin adını çəkdiniz. Biz unutmamalıyıq ki, Rusiya prezidentinin ən yaxın dostlarından biri Azərbaycan torpaqlarını işğal edən, Xocalı hadisəsini planlaşdıran Robert Köçəryandır və bunu nəzərdən qaçırmamalıyıq. Mariya Zaxarovaya gəldikdə isə o, özü də yayda Bakıda keçirilən “JARA” Beynəlxalq Musiqi Festivalına qatılıb orada müəyyən xoş sözlər demişdi. Amma biz xoş sözlərə aldanmamalıyıq. Biz realda baş verənlərə baxmalıyıq. Baxıb görməliyik ki, onlar realda hansı addımları atırlar. Mariya xanımın danışdıqları cəfəngiyyatdan başqa bir şey deyil. Necə yəni, erməni mənşəli Rusiya vətəndaşları Azərbaycanda diskriminasiyaya uğrayır? - Məgər bu xanım bilmir ki, biz Ermənistanla müharibə vəziyyətindəyik? Onun xəbəri yoxdur ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, Xocalı soyqrımını törədib? Əksinə onlar özləri erməni mənşəli vətəndaşlarını qorusun ki, Azərbaycana gəlməsinlər. Ona görə ki, təhlükə ilə üzləşə bilərlər. Onsuzda ermənilər bəzən müəyyən konfrans və seminarlarda iştirak etmək üçün Bakıya gəlirlər. Gəlirlər və rahat şəkildə iştirak edib qayıda bilirlər. Amma gəlməmişdən öncə bizə məlumat verirlər. Əgər sülh şəraiti olarsa əlbəttə ki, Rusiyada nə qədər erməni varsa hamısı rahat şəkildə Bakıya gəlib gəzib qayıda bilərlər. Amma hələ müharibə şəraitindəyik, onların arzu etdiyi kimi olmaq mümkün deyil. Mariya Zaxarova yaxşı olardı ki, getsin Qarabağda girovluqda saxlanılan Rusiya vətəndaşı olan azərbaycanlıların azad olması haqqında fikirləşsin. Görürsüz bu barədə bir kəlimə söz söyləmir, amma deyir ki, erməni əsilli Rusiya vətəndaşlarını Azərbaycanda diskriminasiya edirlər. Bu Azərbaycanın əleyhinə olan açıqlamadır. Bu gün əgər XİN-nin sözcüsünün səsini kəsmirlərsə, onun fikirlərini redaktə etmirlərsə, demək, Rusiyada Mariya Zaxarova kimi düşünənlər çoxdur.” Fikirlərimizi davam etdirib Azərbaycan Xarici İşlər Nazirinin Mariya Zaxarovaya verdiyi cavabındakı bəzi nüanslara da münasibət bildirmək olardı, sadəcə lüzum görmədik. Bu konteksdə təkcə onu deyək ki, şəxsiyyətlərarası münasibətlə dövlət siyasəti tam fərqli anlayışlardır. Fikirimizcə Bakıdan qayıtdıqdan sonra bir müddət susan V. Jirinovski kimi Mariya xanımın da ən azı yaya, növbəti “JARA”ya qədər bu sayaq sərsəmləmələrini ara-sıra eşitməli olacağıq.

  

Şahnaz Salehqızı

Yazarlar