Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Pensiyalar nə vaxt veriləcək? - Nazirlikdən açıqlama

  12
19:35 14-01-2019
Şriftin ölçüsünü dəyiş  

"Yaxın günlərdə pensiyaların maliyyələşdirilməsi təmin olunacaq". 

 

Paralel.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov deyib. 

 

Onun sözlərinə görə, Azərbaycanda bütün aylar üzrə pensiyaların ödənişi müvafiq qrafik əsasında vaxtlı-vaxtında ödənilir:

 

"Eyni zamanda hər il olduğu kimi, cari ilin yanvar ayında da yeni büdcə ilinin başlanması ilə əlaqədar xərclər smetasının bölüşdürülməsi prosesi aparılır. Texniki xarakter daşıyan bu proses yekunlaşmaq üzrədir və pensiyaların maliyyələşdirilməsi yaxın bir neçə gündə təmin olunacaq". 

 

"Məlumat üçün deyim ki, hər ayın pensiyası elə həmin ay ərzində ödənilir və hazırki yanvar ayının pensiyaları da elə bu ay ərzində tam ödəniləcək".


Yazarlar