Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanda daha 1 vəkilin fəaliyyətinə xitam verildi - FOTO 

  11
20:30 14-01-2019
Şriftin ölçüsünü dəyiş  

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib.

 

Paralel.az-ın məlumatına görə, yığıncağı Kollegiyanın sədri Anar Bağırovaçaraq bu ilin fevralın 1-dən etibarən order markalarının tətbiqinə hazırlıq işləri barədə məlumat verib, gələcək dönəmdə vəkillərin sayının artımı ilə bağlı qəbul işinin səmərəli təşkilinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

 

İclasda Sumqayıt Apellyasiya Məhkəməsinin sabiq sədri, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri, Azərbaycan Respublikasının “Əməkdar hüquqşünas”ı İkram Kərimov “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 8-ci maddəsinin I hissəsinə əsasən (apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxsin) vəkil andı içərək Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilib. Eyni zamanda Rəyasət Heyətinin qərarına əsasən bu gün yaradılmış Ağsaqqallar Şurasına rəhbərlik İkram Kərimova tapşırılıb.

 

Bundan başqa, yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul olunub. Belə ki, Bakı şəhərində fəaliyyət göstərəcək “Fides” Vəkil Bürosu, “Sumqayıt Asan”, Goranboy və Yevlax rayon vəkil bürolarının təsis olunması barədə məsələlərə baxılaraq müsbət qərarlar qəbul olunub, vəkillərin mükafatlandırılması, başqa vəkil qurumuna keçmək və vəkilliyə qəbul üzrə müraciətlərə baxılıb.

 

İclasda vəkillər barəsində başlanılmış 23 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilin fəaliyyətinin dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət olunması barədə qərər qəbul olunub. Həmçinin 1 vəkilə irad, 4 vəkilə xəbərdarlıq verilib, 15 iş üzrə isə pozuntu aşkar edilmədiyi, həmçinin daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib, 2 intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınıb.

 

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti üçün əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Yazarlar