Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ukrayna yeni prezident seçkilərinə DOĞRU – Poroşenko favoritlər arasında deyil

  12
15:05 14-01-2019
Şriftin ölçüsünü dəyiş  

Ukrayna 2019-ciu il martın 31-də yeni prezident seçəcək.

 

Paralel.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, seçkilərə 75 gün qalmış rəy sorğuları “Batkovşina” partiyasının sədri, keçmiş baş nazir Yuliya Timoşenkonun seçki marafonun favoriyi olduğunu göstərir.

 

Onunla yanaşı, favoritlərin ilk “üçlüyü”ndə komediya ustası, aktyor və “Kvartal 95” şirkətinin rəhbəri Vladimir Zelenski və “Müxalifət platforması – Həyat Uğrunda” hərəkatının lideri Yuri Boyko təmsil olunur.

 

Sorğu ukraynalıların 19,3%-nin Timoşenkoya, 12,9%-ı Zelenskiyə və 11,6%-nin Boykaya səs verməyə hazır olduğunu göstərir.

 

Maraqlıdır ki, hazırda ölkə başçısı olan Pyort Poroşenkoya yalnız 11,3% respondentin səs verməyi düşünür.

Ukraynada keçirilən rəy sorğuları seçkilərin 2-ci turunun da baş tutacağına dəlalət edir.

 

 

 


Yazarlar