Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Sabahın hava PROQNOZU - İsti olacaq  

  13
13:50 14-01-2019
Şriftin ölçüsünü dəyiş  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi  əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz  10-13,  Bakıda  gecə  3-5, gündüz  11-13 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 65-75, gündüz 50-55 faiz olacaq. 

Azərbaycanın rayonlarında sabahhava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

 


Yazarlar