Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakıda bank hesabından 5405 manat oğurlan şəxs tutuldu

  11
12:00 14-01-2019
Şriftin ölçüsünü dəyiş  

Polis əməkdaşlarının operativliyi sayəsində bank hesabından oğurluq edən şəxs saxlanılıb.  

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Paralel.az-a verilən məlumata görə, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın yanvarın  3-də bank hesabından 5405 manatının çıxarılaraq oğurlandığını bildirb.

Məlumatla əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.  

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini Ramil Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

 


Yazarlar