Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Niderlandda erməni təxribatının qarşısı necə alınıb? 

  13
12:47 14-01-2019
Şriftin ölçüsünü dəyiş  

Ötən gün Hollandiyanın Utrext şəhərində ermənilər tərəfindən keçirilən turizm sərgisində nümayiş etdirilən coğrafi xəritədə Dağlıq Qarabağ ərazisinin Ermənistana məxsus olması əks olunub. Niderlandda yaşayan soydaşlarımız tərəfindən erməni təxribatının qarşısı alınıb. Sərginin başlanmasına az qalmış Azərbaycanın Hollandiyadakı diaspor fəalları Dağlıq Qarabağın xəritədə Ermənistana aid olunmasına sərt etirazlarını bildiriblər. Diaspor fəalları Dağlıq Qarabağın Azərbaycanın əzəli, əbədi torpağı olduğunu və Ermənistan tərəfindən işğal edildiyini sərgi iştirakçılarının diqqətinə çatdırıblar.

Bundan sonra sərginin keçirildiyi məkanın mühafizəçiləri ermənilərin tələbi ilə azərbaycanlı fəallara hücum etməyə başlayıblar. Sonda azərbaycanlıların tələbi ilə Dağlıq Qarabağın Ermənistana məxsus olduğu xəritə sərgidən çıxarılıb.

 Erməni təxribatının qarşısının alınmasında böyük fəallıq göstərən, Hollandiya-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, “EuroAzNL” təşkilatının rəhbəri Emil Əliyev sərgi ilə bağlı fikirlərini bildirib.

“Niderlandda keçirilən turizm sərgisində, divardan asılmış xəritə üstündə çox vuruşduq, hər şeyi götürüb ona toxunmaq istəmirdilər. İlk gün üstünə tələb elədim ki, başqa xəritədə dursunlar, amma sabahkı gün onu çıxartdılar, yenə gəldim dedim götür onu, təşkilatçını çağırdım ki, səninlə söz danışmışıq. Sözünə əməl elə. O da acıqlandı ermənlərə ki, niyə danışdığımıza əməl etmirsiz. Və dedi Artsax yazını götürün, ermənilər də götürüb Artsax sözünün üstünə nakleyka vurdular ki, əl çəkin bizdən. Getməmişdən əvvəl gördüm nakleykanı Artsax sözünə vurub, amma Stepanakert (Xankəndi) sözü qalıb, tələb elədim onu da bağla, şirkətin rəhbəri əsəbindən bilmirdi ki, nə etsin. Başladı qışqırmaqla ki, işləməyə imkan vermisiz və s. Açıq şəkildə dedim geri çəkilən deyiləm və onu da bağla belə adla şəhər yoxdur. Sərginin mühafizəsi üstünə getdi ki, eləməlisən və sabah da bütün gün sizə buna görə ciddi nəzərət olacaq. Həmin gün axşam ermənlər sərgini etiraz olaraq tərk elədilər. Bax belə öz vətəndaşlıq borcunu yerinə yetirib sərgini tərk etdim. Sonuncu şəkildə Ermənistanın Niderlanddakı səfiridir, gülüşlərini burunlarından gətirdik”.

Elnur Eltürk

Yazarlar