Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Rəssam Soltan Soltanlının sərgisinin açılışı olacaq

  11
10:40 14-01-2019
Şriftin ölçüsünü dəyiş  

Yanvarın 14-də saat 17:00-da “İrşad” oteldə görkəmli Azərbaycan rəssamı Soltan Soltanlının rəngkarlıq əsərlərindən ibarət “Yüksək ideyalar yolunda“ adlı sərginin açılışı olacaq. Sərgidə rəssamın son iki ildə yaratdığı 30 rəngkarlıq əsəri nümayiş etdiriləcək. 


Paralel.az xəbər verir ki, S.Soltanlı təsviri sənətin rəngkarlıq, qrafika və karikatura sahələrilə məşğul olur. Rəssam uzun illərdir ölkəmizi beynəlxalq yarışma və sərgilərdə layiqincə təmsil edərək yüksək mükafatlara layiq görülüb. 

Onun yaradıcılığı çağdaş rəssamlığın uğurlu örnəkləridir. Rəssamın əsərləri birbaşa hansısa ideya və mövzu ilə bağlı olub həmin ideyanın açımına xidmət edir. Onun əsərləri üçün fəlsəfilk, məntiqilik və yüksək bədiilik xarakterikdir.

Qeyd edək ki, gənc rəssamın yaradıcılığı üçün idrakilik və fəlsəfilik başlıca özəllikdir. Çağımızda hər sayaq anlaşılmazlığın “dərin”, “fəlsəfi” sayılmasını qəbul etməyən rəssam tamaşaçını aldatmaq istəmir, əsərlərilə insanların xəyal dünyasını genişləndirməyə, gerçək dünyanın mahiyyətini göstərməyə çalışır. O, fantaziyalarına inanır və təsvir etdiyi hadisələrin gerçəkdən ola biləcəyinə tamaşaçıda inam yaradır. Bu təsvirlər qeyri-realdır. Ona görə, o, öz əsərlərini “irreal” adlandırır və onlar dünyanın 50-dən çox ölkəsində muzey və şəxsi kolleksiyalarda qorunur.

 


Yazarlar