Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Dünyanın heç bir yerində bu qədər məktəb tikintisinə rast gəlinməyib - VİDEO

  16
00:00 14-01-2019
Şriftin ölçüsünü dəyiş  

“Son illər ölkəmizdə 3500-dən artıq məktəb tikilib və əsaslı təmir olunub. Bu, böyük rəqəmdir. Dünyanın başqa heç bir yerində qısa müddət ərzində bu qədər məktəbin tikintisinə rast gəlinməyib”. Paralel.az xəbər verir ki, bunu AzEdu.az-a müsahibəsində Şirvan Şəhər Bələdiyyəsi İctimaiyyətlə əlaqələr Şöbəsinin müdiri Paşa Nəbiyev deyib.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinin məzunu olan P.Nəbiyev 1971-ci ildən təhsil sahəsində çalışır. Müxtəlif vaxtlarda orta məktəbdə tarix müəllimi, məktəb direktoru və Şirvan şəhər Təhsil İdarəsinin müdiri vəzifələrində çalışıb. P.Nəbiyev əməkdar müəllim fəxri adına layiq görülüb.

 

“Cənab Prezindet İlham Əliyevin son 15 il ərzində təhsillə bağlı gördüyü işləri nəzərinizə çatdırmaq istəyirəm. Bu gün ölkəmizdə 3500-dən artıq məktəb tikilib və  əsaslı təmir olunub. Bu, böyük rəqəmdir. Dünyanın başqa heç bir yerində qısa müddət ərzində bu qədər məktəbin tikintisinə rast gəlinməyib. Eyni zamanda, bilirsiz ki, məktəb tikintisi böyük vəsait tələb edir. İlham Əliyevin dövründə ölkənin ayrı-ayrı sahələri ilə bağlı 30-a yaxın Dövlət Proqramı qəbul olunub. Halbuki həmin 30 proqramdan elə 17-si sırf təhsillə - bağça təhsilindən tutmuş, ta ki ali məktəblərə qədər təhsilin müəyyən pillələrində görüləcək işlərlə bağlıdır”.

 

Paralel.az Paşa Nəbiyevlə video-müsahibəni təqdim edir:


VIDEO

Yazarlar