Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Qətər ABŞ-a 45 milyard dollar investisiya yatıracaq

  11
23:05 13-01-2019
Şriftin ölçüsünü dəyiş  

“Qətər İnvestisiya Fondu (Qatar Investment Authority, QIA) Avropa aktiv portfelini yenidən balanslaşdırdıqdan sonra yaxın iki ildə ABŞ-a sərmayə yatırımını 45 milyard dollara qədər artırmaq niyyətindədir”. Paralel.az xəbər verir ki, bunu bazar günü Fondun icraçı direktoru Mənsur İbrahim əl-Mahmud bildirib.

 

Onun sözlərinə görə, QIA hazırda ABŞ-a təqribən 30 milyard dollar investisiya yatırıb: "İndi söhbət ABŞ bazarı üçün 45 milyard dollardan gedir, biz bunu növbəti iki ildə reallaşdırmaq istiqamətindəyik".

 

Qeyd edək ki, Əl-Mahmuda qədər Fondun rəhbəri vəzifəsini tutan Abdulla bin Məhəmməd bin Səud əl-Tani 2015-ci ildə 5 il ərzində ABŞ-a 45 milyard dollar sərmayə yatırmaq niyyətində olduqlarını bildirmişdi.


Yazarlar