Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Salyandakı zəncirvari qəzada 2 nəfər xəsarət aldı

  11
21:25 13-01-2019
Şriftin ölçüsünü dəyiş  

Salyan rayonunda zəncirvari qəza nəticəsində 2 nəfər xəsarət alıb. Paralel.az “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

“Mercedes” markalı avtomobilin əvvəlcə “Opel” ilə toqquşması, ardınca isə “Jiquli”yə çırpılması nəticəsində Salyan rayon sakini, 1999-cu il təvəllüdlü Hacıyev Qismət Şahin oğlu və Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Quliyev Həmzə Sərraf oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Daha əvvəl Bakıda minik və yük maşınlarının toqquşması nəticəsində 2 nəfər ölüb.


Yazarlar